Avropa Birliyinin Şurasının prezidenti Donald Tuskun Azərbaycana səfəri əlaqələrin inkişafına yeni təkan olacaq
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra Avropaya inteqrasiya yolunu seçdi. Demokratiyaya, insan hüquqlarına riayət edilməsinə və qanunun aliliyinə əsaslanan cəmiyyət quruculuğu Azərbaycan xalqının şüurlu seçimidir və Azərbaycan öz gələcəyini birmənalı şəkildə Avropada görür. Qarşılıqlı əməkdaşlıq hər iki tərəfə xeyir gətirib. 1991-ci ildə Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra AB Azərbaycan iqtisadiyyatına yardım göstərən əsas donorlardan biri olmuşdur. Bu müddət ərzində AB ilə münasibətlər "MDB ölkələrinə texniki yardım" (TACIS), "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi" (TRACECA), "Avropaya neft və qazın nəql edilməsi üzrə dövlətlərarası proqram" (INOGATE), "humanitar yardım" (ECHO) və digər proqramlar çərçivəsində inkişaf etdirilmişdir. Azərbaycan Respublikası (AR) ilə Avropa Birliyi (AB) arasında münasibətlərin hüquqi əsasını Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi qoymuşdur. Bu sənəd 22 aprel 1996-cı ildə Lüksemburq şəhərində imzalanmış və onu imzalamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1 iyul 1999-cu il tarixində qüvvəyə minmişdir. 2004-cü ildə Azərbaycan "Avropa qonşuluq siyasəti"nə daxil edildikdən sonra qarşılıqlı iqtisadi inteqrasiya və siyasi əməkdaşlıq daha dinamik xarakter alıb. Bu saziş əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, Azərbaycanla AB arasında münasibətlərə yeni təkan verib. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. TƏS əməkdaşlığı möhkəmləndirmək üçün müvafiq mexanizmlər təmin etməklə, AR ilə AB arasında münasibətlərə yeni təkan vermişdir. Bu Saziş siyasi dialoq, insan hüquqları, ticarət, investisiya, iqtisadi, qanunverici, mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə tutur. Onun əsas məqsədlərindən biri Azərbaycan qanunvericiliyinin AB qanunvericiliyinə uyğunlaşdırılması təşkil edir. TƏS-ə əsasən, AR ilə AB arasında ikitərəfli mütəmadi dialoqun aparılması məqsədilə Əməkdaşlıq Şurası, Əməkdaşlıq Komitəsi, Parlamentlərarası Əməkdaşlıq Komitəsi, Ticarət, iqtisadiyyat və əlaqədar hüquqi məsələlər üzrə Alt-komitə və Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitə kimi strukturlar yaradılmışdır. Əməkdaşlıq Şurası əməkdaşlığın əsas istiqamətlərini müəyyənləşdirir, Əməkdaşlıq Komitəsi isə Şuraya tövsiyələr verməklə yardım edir. Ticarət, iqtisadi və əlaqədar hüquqi məsələlər, həmçinin Enerji, nəqliyyat və ətraf mühit məsələləri üzrə Alt-komitələr Əməkdaşlıq Komitəsinin nəzdində fəaliyyət göstərir.
Azərbaycan Avropa Qonşuluq Siyasətində
Azərbaycan Respublikasını Avropa Qonşuluq Siyasətinə (AQS) daxil etmək haqqında AB Şurasının 14 iyun 2004-cü il tarixli qərarı ikitərəfli əməkdaşlıqda irəliyə doğru mühüm addım olmuşdur. AB ilə əlaqələrdə daha yüksək səviyyəli siyasi və iqtisadi inteqrasiya vəd edən AQS ona daxil olan ölkələr üçün tərəfdaşlığın gələcək inkişafı baxımından yeni bir mərhələ olmuşdur.
AQS ölkəmiz üçün aşağıdakı imkanlar yaratmışdır:
- siyasi, iqtisadi və inzibati islahatların həyata keçirilməsi və birgə dəyərlərə hörmət edilməsində konkret irəliləyişə nail olunması müqabilində Aİ-nin daxili bazarında müəyyən paya sahib olma imkanı;
- vətəndaşların, əmtəələrin, xidmətlərin və kapitalın sərbəst dövriyyəsini təmin etmək məqsədilə gələcək inteqrasiya və liberalizasiya proseslərində iştirak;
- AB üzv ölkələri ilə daha səmərəli siyasi dialoq və əməkdaşlıq, güzəştli ticarət əlaqələri və açıq bazar, miqrasiya, narkotiklər və mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq, sərmayələrin təşviqi, yeni maliyyə mənbələrinin əldə edilməsi, ölkəmizin Ümumdünya Ticarət Təşkilatına üzv olmasının dəstəklənməsi və s.
Həmçinin, AQS tərəfdaş ölkələr, o cümlədən Azərbaycan Respublikası, üçün mədəni, təhsil və ətraf mühit kimi sahələr üzrə əlaqələri təşviq edən müəyyən AB proqramlarında daha çox iştirak və texniki yardım imkanları təqdim etmişdir. Bu kontekstdə, xüsusilə Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (AQTA) çərçivəsində Tvinninq, Texniki yardım və Məlumat mübadiləsi (TAİEX), Büdcəyə dəstək, Tempus, Erasmus Mundus kimi proqramlar qeyd oluna bilər. AQS-in mərkəzi elementi isə AB ilə hər bir tərəfdaş ölkə arasında razılaşdırılmış və ölkə üzrə bir sıra qısa və orta müddətli prioritetlərin əks olunduğu Fəaliyyət Planlarıdır. AQS Strategiya Sənədinə əsasən, AB-nin tərəfdaş ölkələrlə münasibətlərini yaxın gələcək üçün tənzimləyən əsas sənəd Fəaliyyət Planlarıdır. 3-5 illik müddət üçün nəzərdə tutulan bu sənədlər hər bir ölkənin ehtiyac və imkanları, o cümlədən qarşılıqlı dəyər və maraqlar nəzərə alınaraq hazırlanmışdır.
Azərbaycan Respublikası - Avropa Birliyi Fəaliyyət Planı 14 noyabr 2006-cı ilin tarixində Brüsseldə AR-AB Əməkdaşlıq Şurasının iclası zamanı qəbul edilmişdir. Beləliklə, daha əvvəl TƏS ilə tənzimlənən AR-AB münasibətlərinin gələcək inkişafının istiqamətləri AQS çərçivəsində AR-AB Fəaliyyət Planı ilə müəyyən olunmuşdur.
Azərbaycanla Avropa Birliyi arasında enerji sahəsində əməkdaşlıq
Azərbaycanla Avropa Birliyi arasında əməkdaşlığın əsas istiqamətlərindən birini enerji dialoqu təşkil edir. Bu çərçivədə 7 noyabr 2006-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin Brüsselə səfəri zamanı imzalanmış "Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində strateji tərəfdaşlıq haqqında Anlaşma Memorandumu" AR və AB arasında enerji dialoqunun genişləndirilməsi istiqamətində yeni imkanlar yaratmışdır. Bu Memorandumun əsas məqsədləri AB-nin enerji təchizatının diversifikasiyası və təhlükəsizliyi, həmçinin Azərbaycanın enerji infrastrukturunun inkişafı və müasirləşdirilməsi, enerjidən səmərəli istifadə, enerjiyə qənaət və bərpa olunan enerji mənbələrinin istifadəsidir.
Azərbaycan Respublikasının Avropa Birliyinin nəqliyyat və enerji sahələrində təşəbbüslərində iştirakıçısı olmuşdur. 8 sentyabr 1998-ci ildə Bakıda Azərbaycan və Gürcüstan Prezidentlərinin təşəbbüsü və Aİ-nin TRACECA proqramının dəstəyi ilə "Tarixi İpək Yolunun bərpası" adlı Beynəlxalq Konfrans keçirilmişdir. 32 ölkə və 12 beynəlxalq təşkilat nümayəndələri bu konfransda iştirak etmişlər. Konfransda əldə edilmiş ən mühüm nailiyyət Azərbaycan, Ermənistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan, Türkiyə, Ukrayna, Moldova, Rumıniya və Bolqarıstanın imzaladığı "Avropa-Qafqaz-Asiya Dəhlizinin inkişafı üçün beynəlxalq nəqliyyat üzrə Əsas Çoxtərəfli Saziş" (Əsas Saziş) və onun Texniki Əlavələri olmuşdur. Azərbaycan Respublikasının Avropa Birliyi yanında Daimi Nümayəndəliyi fəaliyyət göstərir. Avropa Komissiyasının Azərbaycan Respublikasındakı Nümayəndəliyi 4 fevral 2008-ci ildən etibarən Bakıda fəaliyyət göstərir.
Donald Tuskun Azərbaycana səfəri əlaqələrin inkişafına yeni təkan olacaq
Avropa Birliyinin Şurasının prezidenti Donald Tusk Azərbaycanda səfərdədir. Bu səfər göstərdi ki, Avropa Birliyi Azərbaycanla tərafdaşlığın inkişaf etdirilməsində olduqca maraqlıdır və israrlıdır. Avropa Birliyi Azərbaycanı yüksək potensiala malik ölkə hesab edir, onun beynəlxalq münasibətlər sistemində rolunu yüksək qiymətləndirir. Avropa Birliyi Azərbaycanın gücünü etiraf edir, onunla təzyiq, təhdid və ya bu kimi başqa vasitələrlə davranmağın heç bir nəticə verməyəcəyini başa düşür. Avropa Birliyi Azərbaycanın siyasi əhəmiyyətini yüksək qiymətləndirir, bu ölkənin Cənubi Qafqaz və Xəzər dənizi regionunda əvəzolunmaz tərəfdaş kimi böyük dəyərə mailik olduğunu qəbul edir. Avropa Birliyi Azərbaycanın güclü iqtisadi potensiala malik olduğunu, qarşılıqlı ticarət əlaqələrinin inkişafından Avropanın yüksək dividend əldə edəcəyini görür. Avropa Birliyi Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu və rəsmi Bakınin müəllifi olduğu enerji layihələrinin əhəmiyyətini yüksək qiymətləndirir. Azərbaycan Avropa Birliyi ilə tərəfdaşlıq əlaqələrini inkişaf etdirməkdə maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev Avropa Birliyi Şurasının prezidenti Donald Tuskla birgə mətbuat konfransında əməkdaşllığın əsas istiqamətlərini göstərmişdir. Azərbaycan siyasi, iqtisadi və humanitar sahələr üzrə qarşılıqlı əmərəli əməkdaşlıq əlaqələrini inkişaf etdirməyə hazırdır. Azərbaycan bir çox ölkələrlə malik olduğu strateji tərəfdaşlıq münasibətlərini Avropa Birliyi ilə də qura və inkişaf etdirə bilər. Bu münasibətlər bərabərhüquqlu, səmərəli olmalı, qarşılıqlı etimada əsaslanmalıdır. Tərfdaşlıq münasibətlərinin əsasını təşkil edən razılaşdırılmış prinsiplərə riayət olunması hər iki tərəf üçün mütləq xarakter daşımalıdır. İkitərəfli münasibətlərdə təhdid, təzyiq, qarşılıqlı etimaddan sui-istifadə, daxili işlərə müdaxilə kimi zərərli addımlara yol verilməməlidir. D.Tuskun səfəri həm də, Avropa Birliyi ilə Azərbaycan arasında ikitərəfli əlaəqəlrin inkişaf etdirilməsi üçün böyük potensial və yaxşı zəmin olduğunu göstərdi.
İ.ƏLİYEV