PDF Oxu

Siyasət

  • 11

Ceyms Uorlik: "Münaqişə Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir"

Ceyms Uorlik: "Münaqişə Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlidir"

ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik iyulun 23-də ABŞ-ın Azərbaycandakı səfirliyində mətbuat konfransı keçirib. Ceyms Uorlik həmsədrlərin Ermənistanda və Azərbaycanda keçirdikləri görüşlər haqqında məlumat verib. Görüşlərdə atəşkəsin vacib olduğunun vurğulandığını deyən həmsədr Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Helsinki Yekun Aktının prinsipləri əsasında həll edilməlisinin zəruriliyini bildirib.

Müzakirələr zamanı azərbaycanlı girovlar məsələsinə də toxunulduğunu diqqətə çatdıran C.Uorlik həm ABŞ hökumətinin, həm də ATƏT-in Minsk qrupunun həmsədrlərinin bu məsələ ilə bağlı mövqeyinin dəyişməz olaraq qaldığını bildirib.

sia.az

Digər xəbərlər