TƏRS BAXIŞ
Milli xəyanətkar susmaq yerinə daha da azğınlaşmaqla, əslində öz günahlarını etiraf edir
Bəlli olduğu kimi, "Sülh və Demokratiya İnstitutu" ("SDİ") adlı qondarma qurumun sədri Leyla Yunus məhkəmə qarşısına çıxarılıb və onun barəsində irəli sürülən ittihamlar ətrafında aparılan araşdırmalara hüquqi qiymət verilməkdədir. Lakin gözlənildiyi kimi, dar ayaqda hay-haray salıb, bir sıra dairələrin diqqətini özünə cəlb etməyə səy göstərən Leyla Yunus, bu da azmış kimi, hətta məhkəmə iclaslarında belə, əsl erməniyə xas olan hərəkətləri ilə bu ölkənin qanunlarına, atributlarına həqarətlər, təhqirlər yağdırır. Bu isə bir daha onu deməyə əsas verir ki, o, hələ də erməni qardaş və bacıları tərəfindən xilas olacağını xəyal edir, xarici ermənipərəst təşkilatların erməni lobbisindən rüşvətlər alıb, onun öz ölkəsinə etdiyi xəyanətlərə görə Azərbaycanı yenidən hədəfə alıb bəyanatlar səsləndirəcəklərini düşünür. Lakin bəri başdan deyək ki, əslində bu kimi qərəzli və şantaj xarakterli bəyanatların, saxta hesabatların daha əvvəllər olduğu kimi indi də heç bir təsiri olmayacaq. Çünki müstəqil Azərbaycanın öz qanunları var və heç bir şantaj, qərəz bu qanunları üstələyə bilməz.
Leyla Yunus ermənipərəsətlik faktoruna sadiq qaldığını nümayiş etdirir
Lakin Leyla Yunusun həbs olunduğu, daha dəqiqi desək, qaçmağa hazırlaşdığı gündən etibarən siyasi həyasızlıqlar etməsi azmış kimi, onun məhkəmə iclaslarında da səy-küy qaldırması reallıqda onun günahkar olmasının göstəricisi kimi qəbul oluna bilər. Yəni əgər L.Yunus həqiqətən də günahkar olmadığını düşünürsə, bu zaman ona verilən hər hansı bir sualı cavablandırar, təqsirsizlik prizumpsiyası deyilən hüququndan istifadə edər. Amma bunu etməsi qalsın bir yana, o, Azərbaycan məhkəməsinə aşıq-aşkar erməni mövqeyini ortaya qoyaraq, bu gün də ermənipərəsətlik faktoruna sadiq qaldığını nümayiş etdirir.
Beləliklə, ittihamlardan da kifayət qədər bəllidir ki, L.Yunus fəaliyyətinin bütün dövrlərini erməni qardaş-bacılarına işləməyə həsr edib. Azərbaycan torpaqlarının 20 faizinin işğal olunmasında de-yure onun da əməyi var. Təkcə Leyla Yunusun AXC-Müsavat iqtidarı zamanında Müdafiə Nazirliyinin analitik şöbəsində çalışdığı dövrlərdə onun televiziya vasitəsilə xəritələrdə döyüş mövqelərimizi göstərməsi, hücum planları ətrafında erməni tərəfinə məxvi informasiyalar ötürməsini xatırlasaq, onun bu ölkə üçün nə qədər təhlükəli fərd olduğunu düşünmək mümkündür.
Leyla Yunus erməni həyasızlığı sayəsində prokurorun suallarını cavablandırmaqdan imtina etməklə, növbəti dəfə erməni xalqının milli qəhrəmanına çevrilməkdədir
Leyla Yunusun daha bir erməniçilik sevgisi onun "hüquq müdafiəçisi" adı altında erməni kəşfiyyatına işləməsi ilə əlaqəlidir. Ona qarşı sürülən ittihamlardan o da bəllidir ki, "SDİ" rəhbəri Azərbaycanın təhlükəsizliyi zərərinə 2002-ci ildən etibarən təsisçisi və sədri olduğu, hüquqi qeydiyyatı olmayan "Sülh və Demokratiya İnstitutu" adlı qurumla Şahnazaryan David Qurgenoviç, Baqdasaryan Laura Seyranovna və digərləri ilə birlikdə Ermənistanın "Region" Tədqiqatlar Mərkəzi və digər qeyri-hökumət təşkilatları arasında "xalq diplomatiyası" üzrə birgə layihələrin həyata keçirilməsi adı altında beynəlxalq donor təşkilatlardan aldığı qrant vəsaitləri, eləcə də Karen Ohancanyan tərəfindən Böyük Britaniyadakı bankdan 2002-ci ildə, Ermənistanda fəaliyyət göstərən "Jurnalist Araşdırmaları" qeyri-hökumət təşkilatı tərəfindən isə Yerevan şəhərindəki bankdan 2004-cü ilin iyulundan 2005-ci ilin mayınadək olan müddətdə rəhbərlik etdiyi qurumun şöbə müdiri olan, əri Arif Yunusun Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarındakı hesablarına köçürülmüş külli miqdarda pul vəsaitləri müqabilində, maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün şəxsi keyfiyyətlərini araşdırıb maddi vəziyyətlərini yaxşılaşdırmaq niyyətlərinə əmin olaraq Rauf Mirqədirovun dəfələrlə Gürcüstan ərazisindən Ermənistana səfərlərini Arif Yunus ilə birlikdə təşkil edib. Həmin səfərlərin bir qismində Arif Yunus da Rauf Mirqədirovla birlikdə iştirak edərək, Ermənistan Respublikasının sabiq milli təhlükəsizlik naziri David Şahnazaryan və xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən digər qurumların nümayəndələri ilə görüşlər keçiriblər. Bundan başqa, Leyla Yunusun rəhbərlik etdiyi qurumun bank hesabına müxtəlif donor təşkilatlardan yüz minlərlə dollar və avro köçürülüb. Həmin pullar qanunsuz olaraq, nağdlaşdırılıb, külli miqdarda məbləğ vergidən yayındırılıb. Bütün bunların etiraf edilməsi yerinə, Leyla Yunus erməni həyasızlığı sayəsində prokurorun suallarını cavablandırmaqdan imtina etməklə, növbəti dəfə erməni xalqının milli qəhrəmanına çevrilməkdədir.
Leyla Yunusun nəyə görə məhz Fransa səfirliyi tərəfindən 2 saata 5 illik viza hazırlaması bəlli olur
Daha bir fakt isə L.Yunusun Fransa səfirliyi vasitəsilə ölkədən qaçmaq planlarıdir ki, buradan da onun nəyə görə məhz Fransa səfirliyi il ilə işbirliyinə getməsi aydındır. Məsələn, kontestdən çıxmayaraq xatırlada bilərik ki, Fransa Avropada qondarma erməni soyqırımını tanıyan ilk ölkələrdən biridir. Fransada erməni lobbisinin təməli yerləşir. Fransa hökuməti Leyla Yunusu ermənilərin mövqeyini dəstəklədiyinə görə, ona müxtəlif orden və mükafatlar verib. Bütün bunlardan sonra L.Yunusun nəyə görə məhz Fransa səfirliyi tərəfindən 2 saata (!!!) 5 illik viza (???) hazırlaması bəlli olur. Xatırladaq ki, ötən il aprelin 28-də iki saat ərzində Fransanın Azərbaycandakı səfirliyi Leyla və Arif Yunuslar üçün 5 illik viza rəsmiləşdirmişdi. Məqsəd isə Leyla və Arif Yunusları ölkədən çıxararaq, onları Fransada yerləşdirmək olub. Əldə edilmiş məlumatlara görə, hətta bu məsələdə Fransanın Azərbaycandakı səfirliyinə ABŞ-ın Azərbaycandakı səfirliyi də dəstək verib.
Digər tərəfdən, həmin ərəfədə Parisə təyyarə reysi olmasına baxmayaraq, Yunus ailəsinin Azərbaycandan Dohaya yola salınması planlaşdırılıbmış. Ancaq onların ölkədən qaçış planları baş tutmamışdı. Daha dəqiq desək, aprelin 28-də saat 23:00 radələrində Leyla Yunus və əri Arif Yunus Fransanın Azərbaycandakı səfirliyinin katibi (?!) və ABŞ-ın Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili (?!), həmçinin "Turan" informasiya agentliyinin rəhbəri Mehman Əliyevin müşayiəti ilə hava limanına getsələr də, Azərbaycan hüquq-mühafizə orqanları onları hava limanında saxlayıb və geri qaytarıb.
Leyla Yunusun məhkəməsindəki qara-qışqırıqları onun törətdiyi cinayətlərin səsidir
Göründüyü kimi, Leyla Yunus, eləcə də onun əri Arif Yunus qaçış planları ilə bir daha təsdiq etmişdilər ki, onlar bu xalqa və dövlətə qarşı xəyanət ediblər. Alacaqları cəzalarının bədəlini də yaxşı bilən satqın ailə nicatlarını xarici ölkələrin səfirliklərində axtarsalar da, Azərbaycan hüquq-mühafizə orqanları onların aradan çıxma planlarını ifşa etməklə yanaşı, özlərini və ətraflarını əlahəzrət qanun qarşısına da çıxarıb. Bu gün Leyla Yunusun məhkəməsindəki qara-qışqırıqları isə onun törətdiyi cinayətlərin səsidir. "Hüquq müdafiəçisi" donu isə ona sadəcə xəyanətkar əməllərini ört-basdır etmək üçün lazımdır. Bir daha agah olur ki, LeylaYunus ölkəmizdə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən antiterror əməliyyatları zamanı həbs olunan İslam Partiyasının üzvlərini, "sadval"çıları, Vətənə qarşı xəyanətdə ittiham olunan şəxsləri "siyasi məhbus" kimi qələmə verib, onların azad olunmasına çalışması ilə Azərbaycan xalqına qarşı terror həyata keçirən insanların azadlığa çıxmasına çalışan, onların əməllərinə bəraət qazandıran, bununla da tükənməz erməni sevgisi olduğunu təsdiq edən təhlükəli fərddir. O, nə qədər çığır-bağır salsa da, öz hökmünü alacaq.
Rövşən NURƏDDİNOĞLU
P.S. Hər halda, ona kəsiləcək hökm öz yerində, amma Allahın ona verdiyi hökm daha betər və kəskin olacaq. Xocalıda, Qarabağda həlak olan körpələrin, ana-bacılarımızın ah-nalələri, şəhidlərimizin müqəddəs qanları ötəki dünyada onun nə qədər cəhənnəmə layiq olduğunu isbatlayacaq.