1993-cü il iyul ayının 25-də yaradılan Yeni Azərbaycan Partiyası (YAP) Tovuz rayon təşkilatı bu gün öz sıralarında 7345 nəfərdən çox insanı birləşdirir. Yeni Azərbaycan Partiyasının yaradılmasının ilk altı ayı ərzində Azərbaycanın şəhər və rayonlarında fəaliyyət göstərən 29 ərazi təşkilatından biri də Tovuz rayon təşkilatı olub. Təşkilat ötən 22 il ərzində ictimai-siyasi həyatda mətinləşərək inkişaf yolu keçib və böyük resurslara malik alternativsiz siyasi qüvvəyə çevrilib.AZƏRTAC-ın müxbiri xəbər verir ki, təşkilatın yaranmasının ildönümü münasibətilə keçirilən təntənəli yığıncaqda onun sədri Məzahir Bayramov, YAP Gənclər Birliyi rayon təşkilatının sədri Nihad Pənahov, ərazi təşkilat sədrləri və rayon təşkilatının rəhbər orqanlarında təmsil olunanlar bütün bunlar barədə konkret faktlar əsasında danışıblar. Tovuzdan olan YAP üzvləri bayram tədbirində ölkəmizin Prezidenti, partiyanın sədri İlham Əliyevi əmin ediblər ki, bundan sonra da öz ənənələrinə sadiq qalaraq Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi naminə əllərindən gələni əsirgəməyəcəklər.Tədbirdə partiya sıralarına yeni qəbul olunan gənclərə üzvlük vəsiqələri təqdim edilib.
AZƏRTAC