Tədbiri giriş sözü ilə açan şəhər 4 saylı uşaq bağçasının müdiri Nailə Məcidova təməli xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan Yeni Azərbaycan Partiyasının şərəfli mübarizə yolundan bəhs edib: "Xalqın dərin etimadını və etibarını qazanmış Yeni Azərbaycan Partiyası güclü siyasi təşkilat olaraq formalaşıb, inkişaf edib və vətənimizin tərəqqisi naminə genişmiqyaslı fəaliyyət göstərib".
Sonra təşkilati məsələyə baxılıb və Nailə Məcidova Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının "4 saylı bağça" ərazi ilk partiya təşkilatının sədri seçilib.
Tədbirdə iştirak edən Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatının sədri Seyfəddin Əliyev Yeni Azərbaycan Partiyasının keçdiyi şərəfli yoldan danışıb, partiyanın yaradıcısı və qurucusu Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında misilsiz xidmətlərindən bəhs edib: "Yeni Azərbaycan Partiyası ölkəmizin siyasi həyatında gərgin proseslərin getdiyi bir dövrdə yaranıb. Partiyamızın Sədri, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, həmin dövrdə Azərbaycan xalqı ölkəmiz üçün həlledici məqamda bir yumruq kimi Ulu Öndər Heydər Əliyevin ətrafında birləşdi və Dahi Öndər Heydər Əliyevin ideyalarına, Onun siyasətinə, Onun fəlsəfəsinə sadiqliyini bir daha göstərdi".
ÜLVİ