PDF Oxu

Siyasət

  • 11

Akif Nağı: “Serj Sarkisyanın deməyə sözü yoxdur” AÇIQLAMA

Akif Nağı: “Serj Sarkisyanın deməyə sözü yoxdur” AÇIQLAMA

"Ümumiyyətlə biz hər zaman şahidi olmuşuq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri öz mövqelərini Ermənistanın mövqelərinə uyğunlaşdırırlar". Bunu SİA-ya Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib.QAT sədrinin sözlərinə görə, əgər rəsmi İrəvan deyirsə ki, Ermənistan-Azərbaycan prezidentləri görüşsün, vacibdir, lazımdır və s. amma həmsədrlər hay-huyla görüşün vacibliyini vurğulasalarda oranı tərk etməyə çalışırlar. Onlar Ermənistan tərəfi görüşdən yayınan kimi işğalçı ölkəni ittiham etməmək üçün burada da sözdən, mövqedən qaçırlar və heç bir münasibət bildirmirlər. Bir sözlə, həmsədrlərin proseslərə münasibəti bununla bağlıdır. Əgər bu gün Ermənistan prezidenti Serj Sarkisyan danışıqlardan qaçırsa, təbiidir ki, onun danışıqlarda deməyə sözü yoxdur. Bu gün ABŞ-la Rusiya arasında Dağlıq Qarabağ məsələsinə görə qarşıdurma var. Burada hər iki tərəf öz mövqeyini, maraqlarını ortaya qoymağa çalışır. Ola bilsin ki, Rusiya tərəfinin istəyi ilə rəsmi İrəvan sentyabrda keçiriləcək prezidentlərin görüşündən imtina edib".

sia.az

Digər xəbərlər