PDF Oxu

Siyasət

  • 10

Azərbaycan sərhədləri sayıqlıqla qorunur

Azərbaycan sərhədləri sayıqlıqla qorunur

İlham Əliyev: "Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər"

Müasir dövrümüzdə Azərbaycan müstəqil ölkə kimi böyük nailiyyətlər əldə edib. Ölkə daxilində mövcud olan ictimai-siyasi sabitlik, əmin-amanlıq Azərbaycanın əldə etdiyi uğurlardır. Azərbaycan dünya miqyasında böyük nüfuza sahibdir, etibarlı tərəfdaşdır və regionda gedən proseslərdə fəal iştirak edir. Əldə olunan bu və ya digər nailiyyətlərlə yanaşı, ölkəmizin təhlükəsizliyinin qorunması istiqamətində də böyük işlər görülüb.

Məlumdur ki, hər bir dövlətin ərazisini onun sərhədləri müəyyənləşdirir. Sərhəd müqəddəs məfhumudur. Azərbaycanın dövlət atributları olan himni, bayrağı, gerbi ölkənin müstəqilliyini təsdiq edən amillərdən biri olduğundan sərhəd məfhumu, sərhəd anlayışı da bu suverenliyin qorunmasında müstəsnadır. Sərhədlərimizin qorunması Azərbaycan vətəndaşının qürur mənbəyi, iftixar hissidir. Bu sərhədlərin toxunulmazlığını təmin edən isə sərhədçidir. Azərbaycan xalqı qarşısında böyük məsuliyyət hissi daşıyan sərhədçi bu günümüzün, sabahımızın qoruyucus, desək fikrimizdə yanılmarıq.

Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlət sərhələrini qorunması əsas məsələ olaraq diqqətdə idi. Müstəqilliyimizin qorunmasında dövlət sərhədlərinin toxunulmazlığı əsas məsələ olaraq qarşıda dururdu. Azərbaycanın sərhəd mühafizəsi xidmətinin keyfiyyətcə yenidən təşkili, formalaşdırılması və inkişafı müasir tariximizin yaradıcısı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır.

AZƏRBAYCAN SƏRHƏDÇİLƏRİNİN FƏALİYYƏTİ KEYFİYYƏTCƏ YENİ MƏRHƏLƏYƏ QƏDƏM QOYDU

Azərbaycan dövlət müstəqilliyini bərpa edəndən sonra, ölkəmizdə sərhəd infrastrukturu mövcud deyildi. Sovet imperiyası dövründə olan sərhəd infrastrukturu demək olar ki, tamamilə məhv edilmişdir. Ulu Öndərin rəhbərliyi altında qısa müddət ərzində Azərbaycanın sərhədlərində tikinti-quruculuq işləri başlanmışdır. Milli sərhəd mühafizəsinin formalaşdığı 1993-2002-ci illərdə dövlət sərhədlərinin etibarlı mühafizəsinin təşkili sahəsində böyük irəliləyişlərə nail olundu. Sərhədçi zabit və gizirlərin, xüsusilə ehtiyatdan xidmətə qəbul olunanların bilik və peşə bacarığını artırmaq məqsədi ilə sərhəd mühafizəsinin tərkibində 1994-cü ildə Kadrların Hazırlanması və Təkmilləşdirilməsi Kursları yaradıldı.

2002-ci ilin iyul ayının 31-də Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin yaradılması barədə Fərman imzaladı. Dövlət Sərhəd Xidmətinin yaradılması və ona mərkəzi icra hakimiyyəti orqanı statusunun verilməsi ilə Azərbaycan sərhədçilərinin fəaliyyəti keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Dövlət Sərhəd Xidməti qarşısında müasir dövrün tələblərinə uyğun olaraq yeni vəzifələr qoyuldu və sərhəd təhlükəsizliyinin təminatı məsələlərinin ən yüksək səviyyədə həll olunmasına başlanıldı.

2002-ci ilin oktyabr ayının 24-də sərhəd aviasiyası yaradıldı, DSX-nin balansına verilmiş təyyarə və vertolyotlar əsaslı təmir edilərək xidmətə cəlb olundu, sərhədin havadan mühafizəsinin təşkili, dövlət sərhədində baş verən hadisələrə çevik reaksiya verilməsi və şəxsi heyətin təyinat yerinə vaxtında çatdırılması, dağlıq ərazilərdə və dənizdə xilasetmə əməliyyatlarının aparılması üçün sərhəd aviasiyasının istifadəsinə başlanıldı.

"HƏR BİR ÖLKƏNİN DÖVLƏT MÜSTƏQİLLİYİNİ VƏ ƏRAZİ BÜTÖVLÜYÜNÜ TƏSDİQ EDƏN AMİLLƏRDƏN BİRİ ONUN DÖVLƏT SƏRHƏDLƏRİ VƏ BU SƏRHƏDLƏRİN TOXUNULMAZLIĞIDIR"

Ümummilli Lider sərhəd mühafizəsinə daim yüksək diqqət və qayğı göstərərək sərhədlərimizin toxunulmazlığının təmin edilməsini başlıca vəzifəsi kimi dəyərləndirirdi. "Hər bir ölkənin dövlət müstəqilliyini və ərazi bütövlüyünü təsdiq edən amillərdən biri onun dövlət sərhədləri və bu sərhədlərin toxunulmazlığıdır", -deyən Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd siyasəti müasir dövrümüzdə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı Cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hazırda ölkəmizin sərhəd mühafizəsi dinamik inkişaf mərhələsindədir. Dövlət sərhədlərinin mühafizəsi sisteminin təkmilləşdirilməsi, maddi-texniki bazanın gücləndirilməsi istiqamətində çoxsaylı uğurlar qazanılmışdır.

Bu gün Azərbaycan sərhədləri bütün istiqamətlərdə - quruda və dənizdə lazımi səviyyədə qorunur. Sahil Mühafizəsinin yeni bazası Xəzər dənizində dövlət maraqlarımızın yüksək səviyyədə qorunmasına, fasiləsiz müşahidə və nəzarət imkanlarının artırılmasına geniş imkanlar yaradıb. Dəniz sərhədlərinin müasir mühafizə sisteminin yaradılması məqsədilə sahilboyu texniki müşahidə məntəqələri şəbəkəsi yaradılıb.

Azərbaycan qonşu dövlətlərlə - Gürcüstan, İran, Rusiya ilə sülh şəraitində, qarşılıqlı anlaşma şəraitində yaşayır. Azərbaycan bütün dövlətlərlə əməkdaşlığa hazırdır, ölkəmizə səfər etməyə heç kəsə qadağa qoyulmur. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi: "Sərhədlərimiz dostlarımızın üzünə açıqdır. Ancaq Azərbaycana pis niyyətlə gəlmək istəyənlər buna nail ola bilməyəcəklər".

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər