PDF Oxu

Siyasət

  • 10

Emin Həsənli: “Terrorçuluğa qarşı birgə mübarizəyə ehtiyac var” AÇIQLAMA

Emin Həsənli: “Terrorçuluğa qarşı birgə mübarizəyə ehtiyac var” AÇIQLAMA

"Ümumiyyətlə Türk dövlətləri dünyada sülhün və əminamanlığın qorunmasına, mədəniyyətin yayılmasına öz töhfələrini veriblər. Onları həm ortaq dil, din, adət-ənənələr, həm də iqtisadi maraqlar bağlayır". Bunu SİA-ya Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin (TOHGMİB) sədri, hərbi eskpert Emin Həsənli Türk dövlətinin "Turan" adlı ordu yaratmasına münasibət bildirərkən deyib.Hərbi ekspertin sözlərinə görə, Azərbaycan və Türkiyə dünyanın, o cümlədən Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verir və bu proses sürətlə davam edir: "Azərbaycan və Türkiyə dövləti Əfqanıstanda, Kosovada Sülhyaratma prosesində NATO ilə sıx əməkdaşlıq ediblər. Türkiyə NATO dövlətidir və onun çox güclü müasir ordusu var. Təbii ki, Azərbaycan da müasir və peşəkar orduya malikdir. Gələcəkdə buna digər Orta Asiya respublikaları da qoşula bilər. Orta Asiyanın enerju resursları Xəzər, Türkiyə üzərindən – həm Türkmənistan qazı, həm də Qazaxıstanın nefti Avropaya daşına bilər. Heç kimə sirr deyil ki, "Böyük İpək Yolu" da bu ərazinin üzərindədir. Bu gün dünyada sülhə böyük dəstək var, eləcə də separatizmə, terrorçuluğa qarşı birgə mübarizəyə ehtiyac var. Təbii ki, türk dövlətləri də bu məsələdə öz töhfəsini verə bilər".

sia.az

Digər xəbərlər