"Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) AXC-nin bazasında yaradılmış Azərbaycanda çoxsaylı üzvlərə malik olan bir partiya idi. Bu partiyada da xalq hərəkatı dövründən bir çox liderlər yetişib. Əbülfəz Elçibəydən sonra onlar demək olar ki, sədrliyə iddia edirdilər. İndiyədək həmin şəxslər partiya sıralarından ayrıldılar və özlərinin ətrafında yeddi partiya yaratdılar". BunuSİA-ya Ədalət Partiyasının Aparat rəhbəri Mütəllim Rəhimli AXCP-nin növbəti dəfə keçiriləcək qurultayına münasibət bildirərkən deyib.Aparat rəhbərinin sözlərinə görə, hətta onların bəzilərinin adı AXCP-nin adı ilə bağlıdır: "Artıq AXCP-də demək olar ki, ciddi liderlər qalmayıb. Onların sayı olduqca azalıb. Belə olan halda o şəxslərin ciddi olaraq sədrliyə namizəd irəli sürməsi mümkün deyil. Əgər belə bir hal baş verərsə, bu sadəcə olaraq demokratiya oyunu oynamaqdan başqa bir şeyə xidmət etməz. Mən hesab etmirəm ki, AXCP-nin sosial bazasında elə şəxslər qalsın ki, onlar sədrliyə iddialı olsunlar. Ümumiyyətlə biz bunu müşahidə etməyəcəyik".
sia.az