"Ermənistandakı təxribatlar ilk növbədə onu göstərir ki, onlar hər şeyə əl atırlar. Bu gün rəsmi İrəvanda panika mövcuddur. Digər tərəfdən oradakı proseslər beynəlxalq aləm üçün bir göstəricidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.Deputatın sözlərinə görə, Azərbaycanın işğal altında olan torpaqlarında mütəmadi olaraq davam edən ölümlər, təxribatlar işğalçı ölkənin iç üzünü bir daha ortaya qoyur: "Düşünmürəm ki, Dağlıq Qarabağda insan itkisi ilə müşayiət olunan təxribatlar qısa müddətdə lokal toqquşmalara gətirib çıxarsın. Toqquşmalar o zaman olar bilər ki, rəsmi Bakı buna reaksiya versin. Digər tərəfdən Azərbaycanın da artıq səbri tükənə bilər. Ümid edirəm ki, yaxın vaxtlarda Azərbaycan diplomatiyası, ölkə başçısı cənab İlham Əliyev Rusiya və başqa ölkələrlə danışıqlar nəticəsində hansısa irəliləyişə nail olacaqlar".
sia.az