"Rüstəm İbrahimbəyov kimdir" sualının cavabıdır
Kinodramaturq, "Milli Şura"nın fəxri sədri Rüstəm İbrahimbəyovun harada olması maraq doğurur. Mətbuatın məlumatına görə, Rüstəm İbrahimbəyov Rusiyadan ABŞ-a köçərək ermənilərlə daha yaxın işbirliyi qurmağa üstünlük verdiyi bildirilir. Qeyd edək ki, bir ay öncə də mətbuata açıqlamasında kinorejissor heç vaxt siyasətlə məşğul olmadığını bildirmişdi. Amma o, bununla belə, "Milli Şura"nın fəxri sədrliyində qaldığını qeyd etmişdi.
Rüstəm İbrahimbəyovun erməni xisləti
Xüsusilə də son vaxtlar qoca rejissorun sərsəmləməsi Rüstəm İbraimbəyovun xiffətindən irəli gəlir. "Ermənilər düşmənimiz deyil" deməsi xalqının düşməninə çevrilmiş Rüstəm İbrahimbəyovun heç bir arqumenti qalmadığını göstərir. Eyni zamanda, Azərbaycan və onun hakimiyyətinə qarşı qərəzi isə gözlərini elə örtüb ki, adi həqiqətləri də görməzlikdən gəlir. Görünür, ABŞ-a köçən R.İbrahimbəyov başını əzildiyi siyasət qazanına yenidən soxmağa çalışır, və burada çox böyük yanlışlığa yol verir. İlk öncə unudur ki, Azərbaycanın son illərdə əldə etdiyi iqtisadi yüksəliş nüfuzlu beynəlxalq qurumlar tərəfindən də etiraf olunur. Digər tərəfdən isə Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı məqsədyönlü siyasət həyata keçirilir ki, bu sahədə də konkret müvəffəqiyyətlər var. Yox, Rüstəm İbrahimbəyov bütün bunları qəsdən görmək istəmirsə, bu, yalnız onun erməni xislətindən irəli gələ bilər. Həmin erməni xisləti ki, onu sözügedən müsahibədə də gizlədə bilməyib və ya heç gizlətməyə çalışmayıb: "Film niyə "Qafqaz triosu" adlanır? Trio - erməni, azərbaycanlı və gürcüdür. Üç dostu ortaq uşaqlıq illəri və gənclik birləşdirir. Bizim zamanda bu mövzu risklidir... Azərbaycanda çoxlarına mənim baxışlarım xoş gəlmir. Ancaq mən səmimi-qəlbdən əminəm ki, biz erməni xalqı ilə düşmən deyilik və gec-tez mütləq barışacağıq. Ermənistan və Azərbaycan xalqları baş verənlərə görə günahkar deyillər və mən hər iki tərəfdən aqressiv ritorikanın əleyhinəyəm".
İbrahimbəyovun bu fikirləri isə şəhidlərimizin müqəddəs ruhuna hörmətsizlikdir, erməni əsirliyində başına minbir məşəqqətlər gətirilən Azərbaycan qadınına həqarətdir. Görün, İbrahimbəyov mənəvi aşınmanın hansı həddinə gəlib çatıb ki, "erməni-azərbaycanlı" dostluğundan dəm vurur və hələ gileylənir ki, onu Azərbaycanda başa düşmür, ona hörmət qoymurlar. Bu adam hələ də anlamır, ya da anlamağa çalışmır ki, təmsil etdiyi xalqın düşmənləri ilə bir cərgədə yer alaraq xalqının hörmətini qazanmaq mümkünsüzdür. Bu baxımdan İbrahimbəyova Azərbaycandakı ictimai nifrətin dərin kökləri var.
Erməni xiffəti çəkən "ziyalı"
"Rosbalt"a müsahibəsində Rüstəm İbrahimbəyov, nə qədər acı da olsa, Azərbaycan tərəfindən Dağlıq Qarabağa qarşı ədalətsiz münasibətdən də şikayətlənir və bu ərazinin Azərbaycandan daha çox Ermənistana aid olması barədə fikirlər bildirir. Mədəniyyətlə siyasətin sintezini özündə əks etdirən kinorejissor utanmadan erməniləri münaqişənin qurbanı hesab edir. Əslində, Rüstəm İbrahimbəyovdan başqa bir fikir eşitmək də sadəlövhlük olardı. Çünki "məşhur" kinorejissorun yaxın keçmişdə ermənilərə olan sevgisi əksəriyyətə bəllidir. Hələ ötən əsrin 80-90-cı illərində kinorejissor ermənilərin Bakını tərk etməsindən təəssüfünü də gizlətməmişdi. O zaman Rüstəm İbrahimbəyov utanmadan ermənilərsiz Bakının intellektual potensialının aşağı düşdüyünü, xalqın elitasının olmadığını iddia etmişdi. O zaman Rüstəm İbrahimbəyov Azərbaycan ziyalısına yaraşmayan şəkildə bildirirdi ki, o, Bakını tərk etmiş ermənilərin xiffətini çəkir, onların həsrəti ilə yaşayır. Bunu Rüstəm İbrahimbəyov dəfələrlə yazılarında da qeyd edib. Belə ki, erməni maraqlarının ifadəçisi olan Rüstəm İbrahimbəyov xəyanətkar Əkrəm Naibovu müdafiə edən, onun tərəfində olduğunu bildirənlərdən ən birincisidir. O, ermənilərə simpatiyası olan, onlarla yaxın dostluq əlaqələrinə malik, Bakını ermənilərsiz təsəvvür etməyən antimilli ünsürdür. Onun erməniçiliyi o qədər güclüdür ki, hətta əsərlərində belə qəhrəmanları erməniləşdirir.
Qeyd etmək lazımdır ki, Rüstəm İbrahimbəyovun erməni sevgisi haqqında kifayət qədər faktlar var. Elə bu səbəbdəndir ki, Kinematoqrafçılar İttifaqının tədbirlərinə dəvətlilər müəyyənləşdirilərkən Rüstəm İbrahimbəyovun ağlına ilk olaraq ermənilər gəlirmiş. Bakıda keçirilən "Şərq-Qərb" Festivalının maliyyəsi hesabına İbrahimbəyovun "Daşnaksütyun" partiyasının üzvü Roman Balayan və bakılı, sovet dövründə Azərbaycanda mövcud olan nazirliklərin birində çalışan Rudik Avanesovu dəvət etməsi də bunun bariz örnəyidir. Həmçinin, RATİ təmsilçilərinin Moskvada Ermənistan erməniləri ilə görüşünə haqq qazandıran, bu görüşün əsl məqsədini pərdələməyə çalışan İbrahimbəyov bir az da irəli gedərək "burada ermənilərin bizim düşmənimiz olduğunu demək və bəyan etmək ki, onları qırmaq lazımdır, bir qədər ziddiyyətli məqamdır" deməsi, erməniləri praqmatik adlandırması və düşmənlərimizin fonunda bir daha Azərbaycan xalqını təhqir etməsi, əslində, onun kimin tərəfində olmasının, daha doğrusu, erməni məhəbbətinin növbəti təzahürüdür. Əslində, burada təəccüblü bir şey yoxdur. Çünki öz ambisiyalarının və şəxsi maraqlarının girovuna çevrilmiş, öz mövqeyi ilə anti-Azərbaycan dairələrin dağıdıcı fikir və planlarını dəstəkləyən bir adamdan başqa mövqe gözləmək düzgün deyil. Daha dəqiq desək, balayanların, avanesovların, yəni ermənilərin yaxın dostunun Azərbaycan xalqına münasibəti yalnız bu cür ola bilər. İbrahimbəyov Rudik Avanesovu da Bakıya dəvət edib. O, Avanesovun Bakı ermənisi olduğunu, bura gəlib qohumlarının qəbrini ziyarət etmək istədiyini deyir: "Bura gəlib qohumlarının qəbrini ziyarət etmək istəmişdi".
Keçmiş spiker Rəsul Quliyev yolu gedən Rüstəm İbrahimbəyov indi də ABŞ-da yaşamaqla yenidən ermənilərin məhəbbətini qazanmağa və Azərbaycanın əleyhinə qurulan planlarda iştirak etməyə çalışır.
Bütün söylənilənlər bir daha onu isbatlayır ki, Rüstəm İbrahimbəyov milli dəyərlərə hörmət etməyən antimilli ünsürdür, manqurtdur. Bu səbəbdən də, onun Azərbaycan cəmiyyətində yeri yoxdur və heç bir halda insanlar tərəfindən qəbul edilməyəcək. Bu gün əsassız iddialarla çıxış edən İbrahimbəyov onu ermənilərlə bağlayan səbəblər, öz cinayət əməlləri, talançılıq fəaliyyəti, dostlarına xəyanəti, qeyri-etik həyat tərzi barədə danışsa, daha səmimi görünər. Beləliklə, göstərilən bu faktlar bir daha onu isbatlayır ki, Rüstəm İbrahimbəyovla milli dəyərlərə hörmət etməyən antimilli ünsürdür, manqurtdur.
Rəfiqə HÜSEYNOVA