Ermənistanda xüsusi xidmət orqanlarının aktivliyi diqqət çəkir. Ermənistan milli təhlükəsizlik xidmətinin rəhbəri Q.Akopyan hökumətin iclasında ona ünvanlanmayan suala qeyri-adi cavab verdi: "Ermənistan hakimiyyəti xalqın inamını itirib". SİA-nın məlumatına görə, bu barədə bu gün keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu deyib.Mərkəz sədrinin sözlərinə görə, 13 il bütün iclaslarda susan yüksəkçinli və ən məlumatlı şəxsin bu iclasda belə məlumat yayması da İ.Serqunun səfəri ərəfəsində diqqətdən kənarda qalmamalıdır: "Ermənistan prezidentinin mətbuat xidmətinin rəhbəri xüsusi xidmət orqanlarının təmsilçisilə əvəzləndi. İctimai-siyasi mühitin aparıcı təmsilçilərinin fikrincə, son vaxtlar Ermənistanda xüsusi xidmət orqanları xeyli aktivləşiblər, hakimiyyətin digər təmsilçilərini nəzərə almadan bir çox proseslərə müdaxilə edirlər".Politoloqun fikrincə, İ.Serqunun Ermənistana xüsusi səfər edərək Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətlə bağlı kəşfiyyat məlumatını Ermənistana verməsinə ehtiyac yoxdur: "Belə ki, Azərbaycan-Ermənistan sərhədində Rusiyanın Baş Kəşfiyyat İdarəsini narahat edən və ya maraqlandıran məsələlər yoxdur. Türkiyənin hərbi təlimatçıları barədə Azərbaycan və türkiyə mətbuatında müntəzəm məlumatlar yerləşdirilir".
sia.az