PDF Oxu

Siyasət

  • 7

Media nümayəndələri üçün "Coca-Cola" zavoduna tur təşkil edilib

Media nümayəndələri üçün "Coca-Cola" zavoduna tur təşkil edilib

Avqustun 4-də bir qrup kütləvi informasiya vasitələrinin nümayəndələri üçün "Coca-Cola" zavoduna tur təşkil edilib.AZƏRTAC xəbər verir ki, "Azərbaycan Coca-Cola Bottlers Ltd." MMC-nin baş direktoru Cem Becel təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib. Bildirib ki, "Coca-Cola" Azərbaycana investisiya yatıran ilk transmilli şirkətlərdən biridir. Şirkət 1994-cü ildə Türkiyədə yerləşən "Coca-Cola İçəcək" tərəfindən "Azərbaycan Coca-Cola Bottlers"in (ACCB) təsis edilməsi ilə fəaliyyətə başlayıb.Qeyd edilib ki, 2015-ci ildən etibarən zavod yenidənqurma işlərindən sonra 6 müasir istehsal xətti ilə fəaliyyətini gücləndirib. Şirkət bütün ölkəni əhatə edən satış və yayım şəbəkəsi vasitəsilə 18 min 500 satış nöqtəsində fəaliyyət göstərir. "Coca-Cola" hazırda Azərbaycan istehlakçılarına 9 ticarət nişanlı məhsullar təqdim edir. Ölkənin qeyri-neft sektoruna 114 milyon ABŞ dolları məbləğində kapital qoyuluşu edən şirkət Azərbaycanda bir sıra uzunmüddətli proqramlar da həyata keçirir.C.Becel deyib ki, şirkət "Ağac əkək, təbiətə töhfə verək" layihəsi çərçivəsində 2020-ci ilədək 100 min ağacın əkilməsini nəzərdə tutub. Belə ki, şirkət tərəfindən ötən il 8 min, bu il isə 20 min ağac əkilib.Sonra media nümayəndələri zavodun iş prosesi ilə tanış olublar.

AZƏRTAC

Digər xəbərlər