PDF Oxu

Siyasət

  • 7

"Avrasiya Hərəkatı" adlı qurumun yaradılması ideyası arxasında hansı məqamlar dayanır?

"Avrasiya Hərəkatı" adlı qurumun yaradılması ideyası arxasında hansı məqamlar dayanır?

Təhmasib Novruzov: "İlqar Qasımov kimi xəyanətkarın adı hallanırsa, burada Rusiyanın müəyyən dairələrinin maraqlarından da danışmaq olar"

Bu günlərdə bəlli olub ki, müxalifətdə üzdə görünməyən daha bir qrup parlament seçkiləri öncəsi siyasi hərəkat yaratmaq qərarına gəlib. Adı "Avrasiya Hərəkatı" kimi müəyyənləşdirilən bu qurumun yaradılmasında əsas təşəbbüskar kimi isə vaxtilə ADP-Ədalət partiyalarının koalisiyasında olmuş, həmçinin, ADP-nin Ali Məclisinin sədri vəzifəsini icra etmiş "general" ləqəbli İlqar Qasımovdur. Belə ki, o, daha sonrakı illərdə Rusiyaya köçərək, orada ədliyyə sistemində işə girmişdi. O da bəllidir ki, İlqar Qasımov hər zaman Rusiyanın xüsusi xidmətlərinə işləyən bir insan kimi tanınıb.

Məsələ ilə bağlı "Səs"ə açıqlama verən Azadlıq Hərəkatçıları Birliyinin (AHB) sədri Təhmasib Novruzov hərəkatın yaradılmasının arxasında daha hansı məqamların dayana biləcəyini təhlil edərək bildirib ki, müxalifətdə indiyə qədər yaranan digər qurumlar kimi, "Avrasiya Hərəkatı"nı da Azərbaycan xalqına, dövlətçilik maraqlarına və Azərbaycanın milli menafeylərinə xidmət edəcəyini güman etmək sadəlovlük olardı: "Xüsusilə, burada əsas fiqur kimi İlqar Qasımov kimiləri dayanırsa, onda bəri başdan demək mümkündür ki, bu, ölkəmizə qarşı seçkilər öncəsi qurulmuş məqsədli plandıır. Yəni bu qüvvələr kənardan hansısa qüvvələrin əli ilə məqsədli şəkildə ortaya salınmış şəxslərdir. Bunları isə müxtəlif formalarda çalışırlar ki, Azərbaycana qarşı istifadə eləsinlər".

AHB sədri "Avrasiya Hərəkatı"nın yaradılması ideyasını digər bir amillə - Avrasiya İttifaqı ilə əlaqələndirərək deyib ki, reallıqda Avrasiya İttifaqının yaradılması təşəbbüsü Rusiya tərəfindən irəli sürülüb. Həmin təşəbbüsün arxasında isə SSRİ-nin bərpası planı dayanıb. Sitat: "Bu da əslində keçmiş SSRİ-nin müəyyən bir formada bərpasına aparıb çıxaran yolun başlanğıcıdır. Ona görə də düşünürəm ki, "Avrasiya Hərəkatı" adı altında yaradılması planlaşdırılan qurum ideyası da məhz bu məqsədə xidmət etmək üçün ortaya atılıb".

Təhmasib Novruzov deyib ki, ümumiyyətlə, İlqar Qasımov Azərbaycan mənafeyinə xidmət edən bir insan deyil və olmayıb da. Belə ki, əgər bir hərəkatın ki, başında duran şəxs Azərbaycan xalqının mənafeyinə xidmət edən adam deyilsə, bu zaman həmin qurumdan Azərbaycanın gələcəyi üçün müsbətə doğru nə isə gözləmək mümkün deyil. Hesab edirəm ki, sözügedən təşəbbüs Azərbaycan xalqının içindən, marağından, yaxud da siyasi sifarişindən doğmayan bir ideyadır. Yəni Azərbaycan xalqının içindən doğmayan bir ideya da heç vaxt qalib gələ biməz.

Bu gün həmin şəxslər, xüsusilə İlqar Qasımov deyilən bir siyasi fitnəkarın və onu təlimatlandıran bəzilərinin istəkləri baş tutan deyil. Ümumiyyətlə, bu proseslərin arxasında duran iki əsas məsələ var. Birincisi, bu şəxslərə "hakimiyyətə gələcəksiniz" tipli boş-boş sözlər verilir, ikincisi isə onlara kifayət qədər maliyyə vəsaiti ayrılması ilə bağlıdır. Bu şəxslər birinci olaraq, istənilən bir formada şəxsi mənafelərini dövlətçilik və millətçilik maraqlarından üstün tutmalıdırlar ki, İlqar Qasımov və ətrafı bu xəyanətkarın bu cəhətlərinə kifayət qədər malikdirlər. Ona görə də "Avrasiya Hərəkatı"nın real bir siyasi qüvvəyə çevriləcəyi qalsın bir yana, heç yaradılaraq, siyasi proseslərə təsir göstərəcəyini düşünmək olmaz".

GÜLYANƏ

Digər xəbərlər