PDF Oxu

Siyasət

  • 12

ADP sədri: "Nailiyyətsizlik partiya üzvlərini ruhdan salıb”

ADP sədri: "Nailiyyətsizlik partiya üzvlərini ruhdan salıb”

"Partiyada seçkidə iştirak etməyə elə də ciddi maraq yoxdur". Bu sözləri SİA-ya Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu açıqlamaslnda deyib.ADP-nin qarşıdan gələn parlament seçkilərindəki iştirakından danışan S. Cəlaloğlu bildirib ki, partiya üzvləri arasında ruhdan düşmə halları yaranıb: "Uzun illərdir ki, seçkilərə qatılırıq. Lakin bu uzun müddətli nailiyyətsizlik partiya üzvlərini ruhdan salıb".ADP sədri bəzi partiya namizədlərinin seçkiyə qatılmayacağı və seçkiləri boykot edəcəyi ilə bağlı gəzən söz-söhbətlərə də münasibət bildirib: "Bəzən ideoloji cəhətdən kifayət qədər hazır olmayan insanlar ictimai maraqları fərdi maraqlara qurban verirlər. Həmin insanlar partiya qərarlarına məhəl qoymayıb, şəxsi maraqlarını müdafiə edənlərdir".

sia.az

Digər xəbərlər