PDF Oxu

Siyasət

  • 9

Astara rayonunda 2015-ci ilin birinci rübünün nəticələri müzakirə olunub

Astara rayonunda 2015-ci ilin birinci rübünün nəticələri müzakirə olunub

Astara rayon icra hakimiyyətində 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan yığıncaq keçirilib. Rayon icra hakimiyyəti aparatının işçiləri, şura üzvləri, hüquq-mühafizə orqanları, idarə və təşkilat rəhbərləri, ərazi-inzibati dairə üzrə nümayəndələr, qeyri- hökumət təşkilatların nümayəndələri, bələdiyyə sədrlərinin iştirak etdiyi yığıncaqda çıxış edən Astara rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev iyulun 13-də Prezident İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısının nitqində qeyd olunan əsas məqamlara toxunub, ölkəmizin sosial-iqtisadi mənzərəsini əks etdirən konkret rəqəmləri bir daha diqqətə çatdırıbdır. Rayon rəhbəri cari ilin birinci yarısında Astara rayonunda da xeyli işlərin görüldüyünü, uğurlu nəticələrin qazanıldığını bildirən icra başçısı ümumi məhsul və xidmətlərin 62 faizi məhsul istehsalı sahələrində, o cümlədən 9,2 faizi sənayedə, 10,1 faizi tikinti kompleksində, 42,7 faizi kənd təsərrüfatında yaradıldığını, orta hesabla bir nəfərə düşən ümumi məhsul buraxılışının həcminin 591,2 manat təşkil etdiyini iştirakçıların diqqətinə çatdırıbdır. Qeyd edib ki, rayon ərazisindəki magistral və yerli əhəmiyyətli yolların təmiri, abadlaşdırılması sahəsində də müəyyən işlər görülübdür: "Ələt-Astara magistral yolunun rayon ərazisindəki hissəsi, yerli əhəmiyyətli Pensər-Qamışovka, Pensər-Şahağacı yolları asfalt-betonla təmir edilmiş, Kijəbə qəsəbəsində 1200 kv.metr və Ərçivan qəsəbəsində 1800 kv.m asfalt-beton qarışığından təmir işləri yerinə yetirilib, rayonun küçələrində 11.000 kv.m əsaslı təmir işləri aparılıbdır. Pensərçayın Şiyəkəran kəndindən keçən hissəsində yeni körpünün tikintisinə başlanılıb. Cari ilin birinci yarısında rayonda 394 iş yeri açılıb ki, ondan da 81 iş yeri yeni yaradılmış müəssisə və təşkilatlarda, 193 iş yeri fiziki şəxslərdə, 120 iş yeri isə digər sahələrdə olubdur. 2003-cü ildən 2015-ci ilə qədər rayonda 6892 iş yeri açılıbdır ki, onun da 6356-sı daimi iş yeri, 536-sı isə mövsümi iş yeri olub. Cari ilin birinci yarısında əhalinin qaz təchizatının daha da yaxşılaşdırılması məqsədilə Astara Qaz İstismarı Sahəsi tərəfindən rayonda xeyli iş görülüb. Ötən müddətdə 483 evin qazlaşdırılması həyata keçirilmiş, əhali abunəçiləri üçün 483 ədəd qaz sayğacı quraşdırılaraq rayon üzrə qaz sayğaclarının ümumi sayı 15100-ə çatdırılıbdır".

Q.Ağayev onu da bildirib ki, hesabat ilində rayonda sahibkarlığın inkişaf etdirilməsi məqsədilə fermer təsərrüfatlarına və fiziki şəxslərə 112 ton həcmində mineral gübrələr güzəştli şərtlərlə satılıb, sahibkarlara və fermerlərə 12 layihə üzrə 165 min manat dəyərində güzəştli kreditlər verilib, 765 nəfər kənd təsərrüfatı məhsulları istehsalçısına çoxillik əkmələrin becərilməsinə görə dövlət büdcəsi vəsaiti hesabına 2015-ci il üçün 104 min 821 manat yardım (subsidiya) verilməsi nəzərdə tutulubdur: "Beləliklə ümumi çay plantasiyalarının sahəsi 372 ha olmuşdur ki, bunun da 212 hektarını məhsuldar, 177 hektarını isə cavan çay plantasiyaları təşkil edir. Çay sahələrinə mineral və üzvü gübrələr verilib, mövsümü yağan yağışlar nəticəsində sel sularından qorunmaq məqsədilə su arxları və sahə içi xəndəklər təmizlənibdir. Rayonda 88 hektar sahədə buğda, 517 hektar sahədə paxlalı bitkilər, 234 hektar sahədə qarğıdalı, 1351 hektar sahədə kartof, 2727 hektar sahədə faraş tərəvəz, 682 hektar sahədə dənli bitkilər, 539 hektar sahədə bostan bitkiləri, 88 hektar sahədə yonca əkilibdir. Rayonda iribuynuzlu mal-qaranın sayı 45824 başa, xırdabuynuzlu mal-qara isə 29102 başa çatdırılıb. Ət istehsalı (diri çəkidə) 1750 ton, süd istehsalı 15049 ton, yumurta 2963 ədəd, yun istehsalı 20,5 ton olubdur".

Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən 7 min 582 ailə üzvünü özündə birləşdirən 1476 ailəyə ÜDSY ödənildiyini deyən rayon rəhbəri vurğulayıb ki, cari ilin birinci yarımilində hərəkətdə olan sosial müavinət alanların sayı 4380 nəfər olubdur. Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində müəyyən işlər görülübdür: "Yeni dərs ilinə hazırlıqla əlaqədar rayonun ümumtəhsil müəssisələrində cari təmir işlərinə başlanmış, Sım kənd tam orta məktəbi üçün inşa edilən 180 şagird yerlik, Artupa kənd tam orta məktəbi üçün inşa edilən 360 şagird yerlik tam orta məktəb binaları yeni dərs ilində istifadəyə veriləcəkdir. Ölkə rəhbərinin göstərişinə əsasən hər il əhalinin kütləvi tibbi müayinəsi keçirilir. Bu aksiyadan 75 min nəfərdən çox insan yararlanmış, müayinə zamanı aşkar edilib xəstələr müalicə üçün mərkəzi xəstəxanaya və respublikanın digər müalicə mərkəzlərinə cəlb olunublar".

Məruzə ətrafında rayon maliyyə idarəsinin rəisi Cavid Abbasov, rayon ƏSMM-in direktoru Anar Baxşıyev, telekommunikasiya qovşağının rəisi Ələkbər Həmzəyev, rayon icra hakimiyyəti başçısının Hamoşam kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Səlahəddin Əliyev çıxış ediblər.

Toplantıda əldə olunmuş nailiyyətlərlə yanaşı, həmçinin, həllini gözləyən digər problemlər və onların aradan qaldırılması yolları müzakirə olunub.

Ü.ƏSGƏROV

Digər xəbərlər