PDF Oxu

Siyasət

  • 11

Aydın Hüseynov: “Bütün bunlar boş hədələrdir” AÇIQLAMA

Aydın Hüseynov: “Bütün bunlar boş hədələrdir” AÇIQLAMA

"Beynəlxalq təşkilatların Leyla Yunus kimiləri müdafiə etməsi məlum məsələdir. Çünki, beynəlxalq təşkilatları ölkəmizdəki stabillik, inkişaf deyil, Azərbaycan dövlətçiliyinə və milli maraqlarına qarşı çıxan insanlar maraqlandırır". Bu sözləri SİA-ya YAP Siyasi Şurasının üzvü Aydın Hüseynov beynəlxalq təşkilatların Leyla Yunusu dəstəkləməsi ilə bağlı sualı cavablandırarkən deyib.A. Hüseynovun sözlərinə görə, Əgər Leyla Yunusu dəstəkləyən beynəlxalq təşkilatları Azərbaycan maraqlandırsaydı, o zaman onlar Azərbaycan həqiqətlərini duyub dəyərləndirərdilər: "Beynəlxalq təşkilatların onları müdafiə etməsi məlum bir məsələdir. Onları Azərbaycan dövlətçiliyinə və milli maraqlarına qarşı çıxan insanlar maraqlandırır. Ona görə də leyla Yunus kimilərini dəstəkləyirlər. Əgər onları insan azadlığı maraqlandırsaydı, o zaman onlar Azərbaycan həqiqətlərini də duyub, dəyərləndirərdilər. Azərbaycanın kifayət qədər problemləri var. Qoy onlar Dağlıq Qarabağla, azərbaycanlıların soyqrımı ilə bağlı məsələlərlə də maraqlansınlar, münasibət bildirsinlər. Nəyə görə cinayət məcəlləsi ilə məhkum olunmuş insanlara qarşı belə bir səmimiyyət göstərirlər? Çünki həmin mənbələr erməni diasporasından qidalanır və Azərbaycanın güclü, qüdrətli olmağını istəməyən şəxslərin sifarişi ilə çalışırlar".A. Hüseynov həmçinin Azərbaycanı insan hüquqlarını pozan ölkə kimi qələmə verən bir sıra təşkilatların sanksiya hədələrindən də söhbət açıb: "Azərbaycanda qanunların aliliyi yüksək səviyyədədir. Bu gün Azərbaycan dövlətçiliyinə qarşı çıxan hər bir insan qanun qarşısında cavab verməlidir. Bundan kənara çıxanlar həm insan hüquqlarını, həm qanunları, həm də demokratiyanı pozurlar. Azərbaycan insan hüquqlarının və qanunlarının qorunduğu, demokratik prinsipləri ali tutan bir ölkədir. Belə olduğu halda, qanunun aliliyini qoruyan bir dövlətə insan hüquqlarını pozursan demək nə dərəcədə doğrudur? Bu gün Azərbaycanın kifayət qədər nüfuzu var. Və bunu beynəlxalq aləm də çoxdan sübut edib. Demokratik düşüncəli, dünyəvi düşünən mərkəzlər Azərbaycana qarşı heç vaxt belə bir addım atmazlar. Bütün bunlar boş hədələrdir. Və həqiqəti əks etdirmir".

sia.az

Digər xəbərlər