PDF Oxu

Siyasət

  • 9

Azərbaycanın ali təhsil müəssisələrinin beynəxalq reytinqi açıqlanıb

Azərbaycanın ali təhsil müəssisələrinin beynəxalq reytinqi açıqlanıb

Dünyanın 25 mindən artıq ali təhsil müəssisəsini əhatə edən Webometrics bu il üçün növbəti reytinqini açıqlayıb. Dünya universitetlərinin elan edilən reytinqinə, ümumilikdə Azərbaycanın 41 ali təhsil müəssisəsi daxil edilmişdir. Bu reytinqdə Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) ilk dəfə olaraq dünyanın Top-5000 universiteti siyahısında yer alıb və Azərbaycan universitetləri arasında birinci yerə layiq görülüb. Universitetin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata istinadən, UNEC eləcə də, Mərkəzi və Şərqi Avropa universitetləri üzrə mühüm irəliləyişə nail olmuşdur. Belə ki, Azərbaycan Dövlət İqtisad Universiteti region universitetləri arasında 330-cu yerdə qərarlaşmış və TOP-500-ə daxil olmuşdur.

Bütövlükdə, Avropa universitetləri arasında UNEC 1231-ci yerə yüksəlmiş və ilk dəfə olaraq regionun TOP-1500-nə daxil olmuşdur.

Reytinqdə Top-10-da yalnız ABŞ universitetləri qərarlaşmış və ilk 3 yerə Harvard Universiteti, Massaçusets Texnologiya İnstitutu və Stenford Universiteti layiq görülmüşdür. Dünyanın ilk 20 universitet sıralamasında isə ABŞ ilə yanaşı, Böyük Britaniyanın iki (Oksford və Kembric Universitetləri), Kanadanın bir universiteti (Toronto Universiteti) təmsil olunur.

2004-cü ildən fəaliyyət göstərən, hazırda dünya universitetləri arasında ən mühüm reytinq hesab edilən Webometrics müstəqil, obyektiv, açıq elmi araşdırmalara əsasən hazırlanır. Reytinqin tərtib olunmasında ali təhsil müəssisələrinin və elm mərkəzlərinin veb-resursları əsas diqqət mərkəzi sayılır. Əlavə olaraq, universitet saytlarındakı informasiyaların aktuallığı, məzmunun keyfiyyəti, məlumatların dəyəri, xidmətlərin faydalılığı, axtarış zamanı tapılan səhifələrinin kəmiyyəti, sayta edilən xarici istinadlar, veb-səhifəyə yüklənmiş faylların sayı və tipi, Google Scholar qiymətləndirilməsi üzrə elmi əsərlərin və istinad indeksinin kəmiyyət göstəricisi əsas götürülür.

Hər il yanvar və iyul aylarında elan edilən reytinqin hazırlanmasına əsas məqsəd universitetlərin akademik fəaliyyətlərini internet məkanında stimullaşdırmaq və ictimaiyyət üçün informasiya mübadiləsini təmin etməkdir.

NƏZAKƏT

Digər xəbərlər