PDF Oxu

Siyasət

  • 8

"Bəyanat növbəti erməni təxribatı ola bilər” AÇIQLAMA

"Bəyanat növbəti erməni təxribatı ola bilər” AÇIQLAMA

"Avropadakı erməni diasporasının Azərbaycanın Ermənistanı məhv etməyi hədəf seçdiyi ilə bağlı bəyanatı növbəti erməni təxribatı ola bilər". Bu sözləri SİA-ya açıqlamasında millət vəkili, professor Musa Qasımlı deyib.Millət vəkili bildirib ki, bu bəyanat Ermənistanda rejim əleyhinə genişlənən hərəkatı zəiflətmək, diqqəti daxili problemlərdən uzaqlaşdırmaq və erməniləri "xarici düşmən" qarşısında birləşdirmək məqsədi güdür: "Ermənistan təcavüzkar dövlətdir və Azərbaycanın ərazilərini işğal edib. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrini yerinə yetirmir. Yaranmış vəziyyət üçün bütün məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan işğal edilmiş Azərbaycan torpaqlarını boşaldarsa, münaqişə dinc yolla həll edilərsə, onda Azərbaycan silah tətbiq etməz. Digər yolun seçilməsi Ermənistandan asılıdır. Bu bəyanat Ermənistanın təcavüzkarlığını ört-basdır etmək və Azərbaycanın mənfi imicini yaratmaq məqsədi güdür".Bəyanatın yeni təxribat məqsədi daşıdığını dilə gətirən M. Qasımlı söyləyib ki, bəyanat həmçinin yaxın zamanlarda cəbhədə erməni təxribatının törədiləcəyini və indidən ona bəraət qazandırmaq məqsədi güdür.

sia.az

Digər xəbərlər