AZƏRTAC-ın xüsusi müxbirinin İranda, İranın Televiziya və Radio Təşkilatının isə Azərbaycanda fəaliyyət göstərməsi ölkələrimiz arasında media sahəsində əlaqələrin inkişafından xəbər verir.Bu sözləri AZƏRTAC-a müsahibəsində İranın Azərbaycandakı səfiri Möhsün Pakayin deyib. Səfir bildirib ki, mətbuat nümayəndələrinin qarşılıqlı səfərləri xalqlarımızın yaxınlaşmasına, dövlətlərimizin əməkdaşlığının genişlənməsinə kömək göstərir.Diplomat vurğulayıb ki, İranın Televiziya və Radio Təşkilatının Bakıdakı nümayəndəliyi müxtəlif proqramlar hazırlayaraq iki ölkə arasındakı əlaqələri daha da yaxınlaşdırmaq istiqamətində fəaliyyət göstərir.Müasir dünyada informasiyanın gücünün hərbi gücdən üstün olduğunu deyən diplomat bildirib ki, iki qardaş ölkənin media təmsilçiləri sülhə və dostluğun möhkəmlənməsinə xidmət etməlidirlər.
AZƏRTAC