PDF Oxu

Siyasət

  • 12

YAP Gənclər Birliyi – daha böyük zəfərlərə və daha böyük qələbələrə doğru!

YAP Gənclər Birliyi – daha böyük zəfərlərə və daha böyük qələbələrə doğru!

Əli Əhmədov: "Seçki kampaniyası dövründə gənclərin səsverməyə cəlb olunması üçün partiyanın Gənclər Birliyi aktiv iş aparmalıdır"

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini-İcra katibi Əli Əhmədov parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar YAP Gənclər Birliyinin (GB) nümayəndələri ilə görüş keçirib. Görüşdə YAP-ın seçkilərə yüksək səviyyədə hazırlaşdığını diqqətə çatdıran Əli Əhmədov gənclərin də bu kampaniyada iştirak payının vacibliyini vurğulayıb və xüsusilə vurğulayıb ki, gənclərin seçki kampaniyasında fəal iştirak etməsi siyasi fəaliyyətlərində onlara böyük təcrübə qazandırır. Bu baxımdan, YAP GB-nin fəalları seçki kampaniyasının müxtəlif mərhələlərində prosesə cəlb olunacaqlar: "Hesab edirəm ki, seçki kampaniyası dövründə gənclərin səsverməyə cəlb olunması üçün partiyanın Gənclər Birliyi aktiv iş aparmalıdır. Bu mənada ilk dəfə səsvermə hüququ qazanan gənclər arasında təşviqatın aparılması məqsədəuyğundur."

YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov çıxış edərək nəzərdə tutulan tədbirlər haqqında məlumat verib, eyni zamanda bir sıra təkliflərlə çıxış edib. Gənclərin sosial şəbəkələrdə aktiv iştirakı ilə bağlı müəyyən layihələrin olduğunu deyən Seymur Orucov region gəncləri ilə müxtəlif görüşlərin keçirilməsinin zəruri olduğunu qeyd edib.

Parlament və bələdiyyə, eləcə də prezident seçkilərinə YAP GB-nin özünəməxsus rolu və yeri danılmazdır

Bütün bu kimi amillər isə bir daha sübut edir ki, müxtəlif seçkilər ərəfəsində və proseslərində YAP-ı təmsil edən gənclər ordusu öz uğurlu fəaliyyəti və akstivliyi ilə partiyanın maraqlarının təmin olunmasında səylə çalışaraq, uğurlar əldə etməyə nail olublar. Parlament və bələdiyyə, eləcə də prezident seçkilərinə YAP GB-nin özünəməxsus rolu və yeri danılmazdır. Belə ki, Azərbaycanda yürüdülən uğurlu gəənclər siyasəti də bu faktor çərçivəsində öz sözünü deməkdədir.

Ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayır

Daha dəqiq desək, Azərbaycanın dövlət siyasətində gənclərlə iş prioritet sahələrdəndir. Bu sahədə görülən tədbirlər Azərbaycan gəncliyinin inkişafına təkan verir, onların cəmiyyətdə özlərini təsdiq etməsində böyük rol oynayır. Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə müraciət edərək "Mənim gənclərə xüsusi münasibətim var, mənim ürəyim sizinlədir. Siz bütün işlərdə mənə arxalana bilərsiniz. Mən də sizə arxalanıram" əhəmiyyətli fikirləri daim yenilənən, ölkəyə öz töhfələrini verən Azərbaycan gənci qarşısında yeni vəzifələr qoyur. YAP GB də bu faktor əsasında yalnız qələbə və zəfər üçün əlindən gələni əsirgəmir. Söz yox ki, YAP gəncləri qarşısında dayanan əsas məsələlərdən biri və birincisi dövləti qorumaq, onun milli maraqlarının təmini istiqamətində çalışmaq və dövlətin inkişafı naminə aparılan islahatlarda fəal iştirakçı olmaqdır. Beləliklə, partiya gənclərin inkişafı üçün bütün imkanları yaradır və gənclərlə sıx işləməyi başlıca hədəflərdən biri hesab edir. Məhz bu səbəbdəndir ki, ölkəmizin intellektual gəncliyi öz siyasi talelərini Yeni Azərbaycan Partiyası ilə bağlayır.

Ardıcıl fəaliyyətlər YAP-ın qələbəsini təmin edən amillər içində yer almaqdadır

Yuxarıda da qeyd edildiyi kimi, YAP GB təmsilçiləri seçkilərdə fəallığı ilə seçilən ən böyük gənclər qurumu kimi bir çox uğurlara imza atmışdır. Müxtəlif "Exit-Poll"ların keçirilməsi, seçkilərə hazırlıq dövrlərində təbliğat və təşviqat işləri istiqamətində görülən ardıcıl fəaliyyətlər YAP-ın qələbəsini təmin edən amillər içində yer almaqdadır.

Məhz qarşıdan gələn parlament seçkiləri ərəfəsində də keçirilən görüş özündə bu faktorları ehtiva edir. YAP GB gəncləri də daha öncəki seçkilərdə qazanılmış qələbə və zəfərlərdən ruhlanaraq, partiyanın daha böyük zəfərlərə doğru istiqamət almasında öz səylərini artırmaqdadırlar. Bu isə kifayət qədər sübut edir ki, özündə həm də Azərbaycan gəncliyinin simasını əks etdirən YAP GB artıq payızda baş tutacaq parlament seçkilərində də uğur əldə edəcəyini qarşısına məqsəd kimi qoyub. Daha böyük və daha nəhəng qələbələrə doğru!

Rövşən NURƏDDİNOĞLU

Digər xəbərlər