PDF Oxu

Siyasət

  • 9

MSK-da hesabatları qəbul etmək üçün xüsusi qurumlar yaradılıb

MSK-da hesabatları qəbul etmək üçün xüsusi qurumlar yaradılıb

Bu gün Mərkəzi Seçki Komissiyasında (MSK) dövlət qeydiyyatından keçən siyasi partiyaların illik maliyyə hesabatının təqdim edilməsi mövzusunda seminar keçirilib. SİA-nın məlumatına görə, seminarda Azərbaycan Respublikasının Maliyyə Nazirliyinin, Auditorlar Palatasının və siyasi partiyaların nümayəndələri iştirak ediblər.

Giriş sözü ilə çıxış edən MSK sədrinin müavini Natiq Məmmədov qeyd edib ki, Mərkəzi Seçki Komissiyasında siyasi partiyaların hesabatlarını qəbul etmək üçün xüsusi qurumlar yaradılıb: "Amma bu işdə partiyaların özləri də maraqlı olmalıdırlar. Hər bir partiya hesabatını MSK-ya təqdim etməklə şəffaf fəaliyyətlərini təqdim etmiş olurlar".MSK rəsmisi qeyd edib ki, bütün hesabatlar Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilir və bununla da ictimaiyyət məlumatlandırılır: "Hazırda ölkəmizdə inkişaf etmiş ölkələrin siyasi partiyalarla iş fəaliyyəti tətbiq edilməkdədir. İnanırıq ki, bu istiqamətdə işlər gələcəkdə öz müsbət nəticəsini verəcək".Sonra Maliyyə Nazirliyinin, Auditorlar Palatasının nümayəndələri illik maliyyə hesabatlarına dair tələblər barədə məlumat veriblər.Daha sonra tədbir media nümayəndələrinin iştirakı olmadan davam etdirilib.

yap.org.az

Digər xəbərlər