PDF Oxu

Siyasət

  • 12

Məzahir Pənahov: "Hesabat verməyən partiyalara qarşı ciddi tədbirlər görüləcək" AÇIQLAMA

Məzahir Pənahov: "Hesabat verməyən partiyalara qarşı ciddi tədbirlər görüləcək" AÇIQLAMA

"Ötən illərdən fərqli olaraq bu ildən etibarən ölkəmizdə fəaliyyət göstərən siyasi partiyalar maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim edirlər. Bu, Azərbaycan üçün yenilikdir". SİA-nın xəbərinə görə, bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

MSK sədri bildirib ki, siyasi partiyalar öz maliyyə hesabatını bu ilin sonuna qədər MSK-ya təqdim edə bilərlər: "Ola bilər ki, bəzi partiyaların hansısa problemləri var. Biz bunu araşdırırıq. Bu ilin sonunda qanunvericiliyin tələblərinə uyğun olaraq hesabat təqdim etməyən siyasi partiyalara qarşı çox ciddi şəkildə tədbirlər görüləcək. Bununla bağlı isə ictimaiyyətə məlumatlar veriləcək".Qeyd edək ki, rəsmi dövlət qeydiyyatından keçən 55 partiyadan 51-i maliyyə hesabatını MSK-ya təqdim edib. İllik maliyyə hesabatını MSK-ya təqdim etməyənlər Azərbaycan Dirçəliş və Tərəqqi Partiyası, Azərbaycan Milli Hərəkat Partiyası, Azərbaycan Vətənpərvərlər Partiyası, Azərbaycan Naminə Alyans Partiyasıdır.

sia.az

Digər xəbərlər