PDF Oxu

Siyasət

  • 8

Kitabxanalarda hərbi vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilir

Kitabxanalarda hərbi vətənpərvərlik mövzusunda silsilə tədbirlər keçirilir

Yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi torpaqlarının 20 faizi düşmən tapdağı altında olan Azərbaycan kimi bir ölkə üçün bu gün mühüm əhəmiyyət kəsb edən məsələlərdəndir. Yetişməkdə olan gənc nəslin vətənpərvərlik hissinin yüksəldilməsində təhsil müəssisələri ilə yanaşı, mədəniyyət ocaqlarının, kitabxanaların üzərinə də böyük məsuliyyət və vəzifə düşür.AZƏRTAC xəbər verir ki, bu baxımdan, son dövrlər Qax rayonunun kitabxanalarında da hərbi vətənpərvərlik mövzusunda tədbirlərin keçirilməsinə xüsusi diqqət ayrılır. Keçirilən tədbirlərdə doğma Vətənə, torpağa, xalqa məhəbbət hisləri önə çəkilir.Görkəmli hərbi xadim Cəmşid Naxçıvanskinin 120 illik yubileyi ilə əlaqədar rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin Mərkəzi Kitabxanasında, həmçinin kənd kitabxana filiallarında bu günlərdə keçirilən "dəyirmi masa"larda böyük sərkərdənin şərəfli döyüş yolundan, milli hərb sənəti tarixinə verdiyi dəyərli töhfələrdən bəhs edilib.Mərkəzi Kitabxanada Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun xatirəsinə həsr olunan "Vətən eşqi məktəbində can verməyi öyrəşmişik" adlı gecəyə toplaşanlar igid həmyerlilərinin qəhrəmanlıqlarla dolu mənalı ömür yolundan söhbət açıblar.Qaxlı şəhid Elçin Əhmədovun xatirəsinə həsr olunan "Vətənin unudulmaz övladları" mövzusunda tədbir də yeniyetmə və gənclərin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi məqsədi daşıyıb.

AZƏRTAC

Digər xəbərlər