PDF Oxu

Siyasət

  • 10

Azay Quliyev: Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir

Azay Quliyev: Azərbaycan dövləti vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir

"Şuranın maliyyələşdirdiyi layihələr aktual mövzuları əhatə edir". Bu fikri Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, şura ölkəmizdə fəaliyyət göstərən QHT-lərlə sıx əməkdaşlıq edir. Onun sözlərinə görə, dövlət vətəndaş cəmiyyətinin inkişafına xüsusi diqqət yetirir.

"QHT layihələrinin dövlət vəsaiti hesabına maliyyələşdirilməsi də bu diqqətin nümunəsidir. Hesab edirəm ki, ötən dövrdə QHT-lər öz fəaliyyətini xeyli dərəcədə təkmilləşdiriblər. Təbii ki, burada dövlət-QHT münasibətlərinin inkişafı özünün müsbət təsirini göstərir. QHT-lərin təqdim etdiyi layihələrdə vətənpərvərlik mövzuları, milli maraqların qorunması, ictimai aktuallıq kəsb edən mövzular üstünlük təşkil edir. Bu fakt QHT-lərin fəaliyyətlərinin təkmilləşdirilməsinin göstəricisidir"- deyə, A.Quliyev qeyd edib.

yap.org.az

Digər xəbərlər