PDF Oxu

Siyasət

  • 10

Elçin Mirzəbəyli: "Yeniliklər olacaq" AÇIQLAMA

Elçin Mirzəbəyli: "Yeniliklər olacaq" AÇIQLAMA

"Seçkilərə hazırlıq prosesi normal şəkildə gedir. Artıq proseslər başa çatmaq üzrədir". Bu sözləriSİA-ya açıqlamasında BAXCP-nin sədr müavini Elçin Mirzəbəyli seçkilərə hazırlıq prosesi ilə bağlı danışarkən deyib.

O bildirib ki, seçkilər rəsmən elan olunduqdan sonra qanunvericiliyə uyğun olaraq partiyanın Ali Məclisinin sessiyası keçiriləcək: "Bu sessiyada namizədlərin müəyyənləşdirilməsi ilə bağlı qərar qəbul olunacaq. İndiki şəraitdə bütün hazırlıq prosesi faktiki olaraq başa çatmaqdadır".E. Mirzəbəyli əvvəlki seçkilərlə müqayisədə bu dəfə, partiyanın seçki taktikasında müəyyən dəyişikliklərin olacağını bildirib: "Yeni texnoloji vasitələrdən istifadə etməyə çalışacağıq. Təbii ki, yeni mesajlarımız da var. Partiyanın həmişəki platformasında yeni istiqamətlər var. Bəzi yeniliklərin olacağı gözlənilir".Elçin Mirzəbəyli seçkidə iştirak edəcək namizədlərin sayının isə hələ ki, məlum olmadığını bildirib: "Namizədlər barədə əsas qərarı partiyanın Ali Məclisi verəcək. Təbii ki, bu say yetərincə olacaq və BAXCP-nin siyasi partiya kimi seçkilərdə iştirak etmək üçün Seçkilər Məcəlləsində tələb olunan saydan daha üstün bir say olacaq. Konkret rəqəm isə yalnız Ali Məclisin sessiyasından sonra məlum olacaq".Seçkilərdə blok şəklində iştirakla bağlı danışan millət vəkili bildirib ki, bu haqda hər hansı bir qərar verilməyib: "Biz siyasi partiya kimi iştirak etmək qərarına gəlmişik. Bloklaşma ilə bağlı bu günə qədər partiyada heç bir müzakirə aparılmayıb. Hələ ki, belə bir qərar yoxdur".

sia.az

Digər xəbərlər