PDF Oxu

Siyasət

  • 10

Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində növbəti treninq keçirilib

Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində növbəti treninq keçirilib

Avqustun 16-17-də Şirvanda Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Avropa İttifaqı ilə birgə layihəsi çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə əlaqədar genişmiqyaslı maarifləndirmə tədbiri keçirilib.AZƏRTAC xəbər verir ki, Şirvan şəhər mədəniyyət evində 32 dairə seçki komissiyasının (DSK) məsul şəxslərinin iştirakı ilə keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvü Qabil Orucov və Avropa İttifaqının eksperti Kristofer Şildz qurumlar arasında qarşılıqlı faydalı əməkdaşlıqdan danışıblar. Çıxışlarda Azərbaycan Respublikasının Milli Məclisinə keçirilməsi nəzərdə tutulan seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) Avropa İttifaqı ilə əməkdaşlığı çərçivəsində namizədlərin qeydiyyatı prosedurunun daha da təkmilləşdirilməsi ilə bağlı keçirilən treninqlərin mühüm əhəmiyyət daşıdığı və bu kimi tədbirlərin aşağı seçki komissiyaları üzvlərinin maarifləndirilməsində xüsusi rol oynadığı vurğulanıb.Sonra beynəlxalq ekspert və MSK üzvü tərəfindən parlament seçkilərində namizədliyin qeydiyyatı üzrə qanunun tələbləri, həmçinin namizədliyin irəli sürülməsi və qeydə alınması prosedurları ilə bağlı müxtəlif mövzularda təqdimatlar edilib. Əyani vəsaitlərdən istifadə edilməklə keçirilən treninqdə mövzularla bağlı ətraflı məlumat verilib, müzakirələr aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.Genişmiqyaslı maarifləndirmə layihəsinin bu mərhələsi dairə seçki komissiyaları üzvlərinin məlumatının artırılması və namizədlərin qeydiyyatı proseduru ilə bağlı onların bilik, bacarıq və işgüzar vərdişlərinin daha da təkmilləşdirilməsi məqsədi daşıyır. Layihə çərçivəsində, həmçinin namizədlərin qeydiyyatı proseduru ilə bağlı videoklip hazırlanması və beləliklə, namizədlər də daxil olmaqla, daha geniş auditoriyanın maarifləndirilməsi nəzərdə tutulur.Bakı şəhərində avqustun 14-də start götürən treninqlər Şirvandan sonra Gəncə və Şəki şəhərlərində keçirilməklə avqustun 19-dək davam edəcək.

AZƏRTAC

Digər xəbərlər