Təşkilat sədri, həmçinin onu da vurğulayıb ki, Sabunçu rayonu üzrə Seçki Qərargahı nəzərdə tutulmuş qrafikə uyğun lazımi tədbirləri gündəlik fəaliyyətində yerinə yetirir: "Rayon ərazisində fəaliyyət göstərən bütün seçki məntəqələrində hazırlıq işləri yaxın günlərdə başa çatdırılacaqdır. Bu gün inamla demək mümkündür ki, rayonumuz parlament seçkilərinə böyük coşqu və həvəslə gedir. Bu seçkilərdə də fəallığı, təşəbbüskarlığı, müşahidələr, əhali arasında mövcud olan ümumi razılıqlar onu deməyə əsas verir ki, seçicilərin əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərinə öz hörmət və ehtiramlarını məhz seçki günündə bir daha nümayiş etdirəcəklər".
Toplantıda YAP Sabunçu rayon təşkilatında yaradılmış Seçki Qərargahı üzvlərinin üzərinə düşən vəzifələr müəyyənləşdirilmiş, seçki məntəqələrinin hazırlığı ilə bağlı partiya fəalları arasında bölgü aparılmış, partiya tərəfinldən irəli sürüləcək namizədlər üçün seçici imzası toplayacaq partiya fəalları ilə treninqlərin keçirilməsi və s.kimi məsələlər müzakirə olunmuş, seçkilərlə bağlı fikir mübadiləsi aparılmış, aidiyyəti üzrə suallar cavablandırılmışdır.
R.HÜSEYNOVA