PDF Oxu

Siyasət

  • 8

YAP Ağsu rayon təşkilatının Seçki Qərargahının üzvlərinin toplantısı keçirilib

YAP Ağsu rayon təşkilatının Seçki Qərargahının üzvlərinin toplantısı keçirilib

Dünən Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatı Seçki Qərargahının Ağsu rayon şöbəsinin Seçki Qərargahı üzvləri ilə toplantı keçirilib. Toplantıda çıxış edən Ağsu rayon təşkilatının sədri Əli Hüseynov qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar bir çox məsələlrə toxunaraq noyabrın 1-də ölkədə Milli Məclisə növbəti seçkilərin keçiriləcəyini bildirib. Qeyd edib ki, YAP Ağsu rayon təşkilatının Seçki Qərargahı avqust ayının 4-də 17 nəfər tərkibdən ibarət olmaqla yaradılıb, iş bölgüsü aparılıb və texniki avadanlıqlarla tam təmin olunubdur: "Qeyd edim ki, 87 saylı Ağsu-İsmayıllı Dairə-Seçki Komissiyasının 56 məntəqəsinin hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, 41 məntəqədə cari təmir işləri aparılmış, 15 məntəqə yeni tikilmiş məktəb binalarında yerləşdiyi üçün təmirə ehtiyacı olmamışdır. Qarşıdakı parlament seçkilərinə hazırlıqla əlaqədar seçici siyahıları dəqiqləşdirilmiş, bu iş davam etdirilir. Namizədin müdafiəsi üçün imzaların toplanması məqsədilə 10 nəfərdən ibarət qrup yaradılıbdır. Qərargah tərəfindən 87 saylı Ağsu-İsmayıllı Dairə-Seçki Komissiyasının Ağsu rayonu üzrə 56 məntəqənin hər birinə 1 nəfər müşahidəçi, 1 nəfər məşvərətçi səs hüquqlu şəxslərin müvafiq formalar üzrə hazırlanıbdır. Parlament seçkiləri ilə əlaqədar YAP Ağsu rayon təşkilatı Mərkəsi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına, YAP Mərkəzi Aparatının tapşırıqlarına uyğun olaraq öz işlərini qurmuş və qarşıda duran bütün vəzifələrin icrası təmin ediləcəkdir".

Ə.Hüseynov, YAP-ın parlament seçkilərində böyük uğur qazanacağına tam əmin olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə mövcud olan siyasi ab-hava, dövlət başçısı İlham Əliyev Cənablarının siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, partiyamızın qələbəsini şərtləndirən əsas faktorlardır: "Məhz bu faktorlar onu deməyə əsas verir ki, əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçklərini də YAP parlaq qələbə ilə başa vuracaq".

Sonda da qərargah üzvlərinə tövsiyə və tapşırıqlar verilib.

R.KAMALQIZI

Digər xəbərlər