Və ya Avropa Parlamentinin "dermo"kratiyası
"Sülh və Demokratiya İnstitu"nun ("SDİ") direktoru Leyla Yunusla əri Arif Yunusun ötən həftə, eləcə də ondan öncəki həftələrdə göstərdikləri məhkəmə məzhəkələri nəticə etibarilə, onların istəklərini əvvəlcədən də gözlənildiyi kimi gerçəkləşdirib. Yəni onlara oxunan hökmdən sonra Avropanın və Qərbin bir sıra təşkilatları əllərinə düşmüş "girəvədən" maksimum şəkildə istifadə edərək, Azərbaycan hakimiyyətinə qarşı səlib yürüşlərini artırmağa başladılar. Lakin bəri başdan onu da deyək ki, Azərbaycana qarşı aşkar ermənipərəstlik mövqeyi sərgiləyən Avropa təşkilatları verdikləri bəyanatları, çağırışları və müraciətləri ilə onu da sübut edirlər ki, onlar həqiqətən də xristian klubu deyilən vahid kölgə qurum altında biləşiblər.
Azərbaycan hakimiyyəti öz demokratiya modelini ibrət kimi göstərib, avropalı başbilənlərə dərs keçər
Məqsəd onların qaranlıq niyyətlərini icra edən dırnaqrarası azərbaycanlıların ifşa olunmasından sonra Azərbaycana qarşı təzyiqləri, hücumları artırmaq, ölkəmizdə yürüdülən müstəqil siyasəti bu kimi vasitələrlə dalana dirəmək. Ancaq avropalı başbilənlərin Azərbaycanda yürütmək istədikləri iqtisadi, siyasi və s. maraqları alınmır. Bu baxımdan, özlərini ağıllı hesab edən Avropa Şurasının baş katibi Turbern Yaqland, AŞ PA-nın prezidenti Ann Brasser, Avropa Şurasının mətbuat üzrə komissarı Dunya Miyatoviç, Avropa Şurasının insan haqları üzrə komissarı Nils Muyjnieks, eləcə də ATƏT-in Parlament Assambleyasının İnsan Haqları və Demokratiya üzrə rəsmisi İzabel Santos məhz Leyla Yunus qədər haray-şivənçiliklər qaldırıb, açıq-aşkar bu ölkəyə qarşı olan münasibətlərini sərgiləyirlər. Buna isə demokratiya demək qeyri-mümkünlükdür. Daha dəqiq desək, belə siyasətin adı "DERMO"KRATİYADIR ki, "dermo" sözünün mənasını çoxları bilir ki, nədir. Azərbaycan hakimiyyəti isə bu cür çirkin siyasətdən hər zaman uzaq olub və lazım olduqca, öz demokratiya modelini ibrət kimi göstərib, avropalı başbilənlərə dərs keçər.
Martin Şults Avropanın xristian klubu adlanan kölgə təşkilatının azğınlığını, ermənipərəst mövqeyini davam etdirib
Eyni zamanda, o da sirr deyil ki, avropalı başbilənlərin dərhal haray-şivən qaldırmaları bir daha sübut edir ki, daim Azərbaycana qarşı ikili standartlardan yanaşan bu fərdlər və onların təmsil olunduqları təşkilatları danışdıran, əslində insan haqlarını tapdayan, qeyri-demokratik bəyanatlar verməyə məcbur edən vasitələrdən biri də erməni lobbisinin pullarıdır. Bu gün kimsə deyə bilməz ki, onların heç biri Azərbaycan dövləti əleyhinə çıxış etmələri üçün erməni havadarlarından rüşvət alıb, korrupsiyaya bulaşmayıblar, o ki qala ermənipərəst Leyla və Arif Yunuslara görə...
Beləliklə, daha bir avropalı ağıllı - Avropa Parlamentinin prezidenti Martin Şults da eyni motivdən çıxış edib və əslində Avropanın xristian klubu adlanan kölgə təşkilatının azğınlığını, ermənipərəst mövqeyini davam etdirib. Məsələn, Şults eynilə seçkilərdə, digər ictimai-siyasi hadisələrdə Azərbaycanın maraqlarına qarşı siyasət yürüdən radikal müxalifəti düşərgəsinin xainlərinə verdiyi dəstəyi bu dəfə Leyla və Arif Yunus deyilən ermənipərəst ailəyə göstərib. Nə deyib Martin Şults? Sitat: "Avropa Parlamenti qət edib ki, Leyla və Arif Yunus təcili tibbi yardıma ehtiyac duyurlar, ona görə də onlar dərhal azad olunmalıdırlar..."
Şults Avropa Parlamentinin baş həkimi vəzifəsini icra edir
Baxın, sən demə, Avropa Parlamenti siyasi məsələlərlə yanaşı, həm də Avropa məkanında tibbi xidmət də göstərirmiş. Sual yaranır ki, əcəba, Avropa Parlamenti nə zamandan Avropa poliklinikası, səhiyyə müəssisəsi, yaxud da həkim nəzarəti qurumuna çevrilib ki, indi də Leyla və Arif Yunusların qayğısına "tibbi" nöqtei-nəzərindən yanaşır? Və ya Şults bunların təcili tibbi yardıma ehtiyac duyduqlarını necə müəyynləşdirib? Məgər o öz sənətini dəyişərək, Avropa Parlamentinin baş həkimi vəzifəsini icra edir? Halbuki məhz Leyla və Arif Yunusların istintaq müddətləri dövründə onları xarcdən gələn həkimlər briqadası müayinə edib, onların müalicələri üçün lazımi tədbirər görüblər. Martin Şults bunu niyə yazmayıb? Görünür, o özünə sərf edən şeyləri yazır, qalanları isə onun üçün boş şeylərdir!
Daha bir sual - götürək elə Şults cənablarının onun öz ölkəsini, orada məgər təcili tibbi yardıma ehtiyac duyanların hamısını açıb həbsdən buraxırlarmı?! Varsa, göstərsin biz də bilək ki, Avropa ölkələrinin hər hansındasa, həbsxana rejimində bu kimi standart mövcuddur. Yəqin ki, avroparlamentari bu sualımıza heş vaxt cavab verməyəcək. Çünki bu sualın cavabı, sadəcə, yoxdur!
Avropalı başbilən doğrudan da başından böyük QƏLƏTƏ rəvac verib!
Ortada olan, sadəcə, qərəzdir! Qərəz...qərəz...qərəz..! Əgər Martin Şults cənabları qərəzli deyilsə, bu zaman onun sapı özümüzdən olan ağzıkoruş baltalarımız tərəfindən Qərb siyasi dairələrinə "jurnalist" kimi sırınan fotoreportyor Rasim Əliyevin ölümünə də münasibəti barədə əsl həqiqəti desin. Yəni cinayətin siyasi deyil, məişət zəminində baş verməsi sübut olunduğu bir halda, bu cinayəti törədənlərin hamısının tutulduğu halda, ölkə başçısının hadisəni şəxsi nəzarətinə götürdüyünü bəyan etdiyi bir vəziyyətdə bunu da Azərbaycan hakimiyətinin ayağına yazmağa cəhd etmək qərəzlə yanaşı, həm də QƏLƏTDİR!!!
Qələtdir, həm də ona görə ki, erməni lobbistlərinin filan yerlərini dəsmallayan Martin ölkəmizin müstəqilliyinə qarşı təhdid dili ilə də danışmağa cəhd edib. "Azərbaycan hakimiyyəti öz yaxşılığı üçün (???!!!-R.N.) vəziyyəti dərhal dəyişdirməyə başlamalıdır" deyən bu sərsəm avropalı başbilən doğrudan da başından böyük QƏLƏTƏ rəvac verib!
Ancaq yüzlərlə qələtlər etməsinə rəğmən, hələ də müəyyən etika xatirinə haqqında şikayət edilməyən Şults bir həqiqəti anlamalıdır ki, Avropa elə də Azərbaycana lazım olan bir zad deyil, əslində, AZƏRBAYCAN AVROPAYA LAZIMDIR! Ona görə də Avropa Parlamentinin başbiləni həddini bilməli və reallığı dərk etməlidir ki, o, artıq ermənipərəstlik siyasəti adlanan uçurumun tam kənarında dayanıb. Azca meh əssə bəs edər ki, o, həmin uçurumdan kəllə-mayallaq düşməsin. Ən azından , Şults öz yaxşılığı üçün bir qədər fikirləşməyə məhkumdur.
Rövşən NURƏDDİNOĞLU
P.S. Martin Şults bu qədər "yaxşı", "qorxmaz", "həqiqətpərəst", "demokatik" "kişidirsə" buyurub gəlsin Azərbaycana və Leyla Yunusa qonaq düşsün, onu ziyarət etsin. Hətta istəsə Xədicə İsmayılla da bir narada uzanaraq, onu üç öpüb, bir dişləsin. Axı bu yaxınlarda biz onun Xədicə barədə də qələt "deklarasiyalarını" dinləməli olacağıq...