PDF Oxu

Siyasət

  • 12

"İŞİD" yaradanların ŞİT ittihamları

"İŞİD" yaradanların ŞİT ittihamları

SİYASİ RAKURS

Və ya Əbu-Bəkr Əl-Bağdadi ilə görüşən amerikalı senator niyə danışmır?

Sirr deyil ki, bu gün bəşəri cinayətlər içində ən qanlı qətliamlar və soyqırımları həyata keçirən terror təşkilatının adı "İraq Şam İslam Dövləti"dir. İndiki adı "İslam Dövləti" olan "İŞİD"in "vicdanında" artıq 100 minlərlə insan qanı vardır ki, bunu nə bəşəriyyət, nə də ki, Allah bağışlayar. Yaşlı, cavan, uşaq, qadın demədən onları "Allaha şirk qoşmaqda", qeyri-məzhəbçilikdə suçlayan Əbu Bəkr Əl-Bağdadi cəlladları həqiqətən də insan qanına nə qədər susadıqlarını bütün dünyaya car çəkirlər. Üstəlik Suriyada, İraqda bu ölkələrin müəyyən kəsimlərini nəzarətlərinə keçirən "İŞİD" terrorçuları artıq Liviyaya doğru da istiqamət alıblar. Beləliklə, qaniçənlər, başkəsənlər təşkilatı artıq Afrika qitəsinə dorğu əl uzadıblar. Halbuki onları bu zamana qədər Avropada da terror hadisələri törətməyə nail olmuşdular.

Guya ABŞ kəşfiyyatı onun tapılaraq məhv edilməsində bu qədər aciziymiş?

Beləliklə, harada "İŞİD" varsa orada vəhşilik, ağlagəlməz edam səhnələri mövcud olmaqdadır. Hətta vəziyyət o həddə çatıb ki, "İŞİD"dən öncə yaradılmış digər radikal "islamçı" terror təşkilatları olan "Əl-Qaidə" və s. kimi qrupların liderləri bu gün Əl-Bağdadi terrorçularının törətdikləri kütləvi qətliamlara, görünməmiş edam səhnələrinə görə onları qınayan bəyanatlar səsləndirirlər.

Bəs nədir buna səbəb? Ümumiyyətlə, "İŞİD" deyilən və əslində özündə heç bir islami dəyərləri əks etdirməyən, sadəcə insanları onlardan olmadıqlarına görə qətl edən bu qanlı təşkilat niyə, hansı siyasi dairələr tərəfindən birdən-birə yarandı və qısa müddət ərzində bu qədər hərbi uğurlar əldə etməyə başladı? Axı bildiyimiz qədər, elə "Əl-Qaidə"nin özü də Amerikanın, eləcə də ümumi Qərbin maraqlı dairələri tərəfindən yaradılmış terror təşkilatları sırasında olub, ancaq "İŞİD" qədər uğurlar əldə etməyi bacarmayıb. Baxmayaraq ki, bir neçə qanlı və dəhşətli terror hadisələri ilə adını tarixə yazmağı bacarmışdı.

Ancaq "Əl-Qaidə"nin lideri Üsəma Bin Laden məhz öz yaradıcıları tərəfindən - ABŞ-ın xüsusi xidmət orqanları tərəfindən öldürülsə də, Əl-Bağdadiyə sözün həqiqi mənasında, gözün üstündə qaşın var deyən yoxdur. Guya ABŞ kəşfiyyatı onun tapılaraq məhv edilməsində bu qədər aciziymiş?

ABŞ-ın aparıcı siyasi dairələri bu kimi iddiaları nə təkzib edir, nə də inkar edirlər

Düzdür, bu gün ABŞ-ın müttəfiqləri "İslam Dövləti"nin olduğu əraziləri "bombardman" edir. Ancaq bu "terrorçuluqla mübarizənin" heç bir səmərəsi görünmür. Əksinə, iddialar var ki, ABŞ-a məxsus yük təyyarələri "İslam Dövləti"nin nəzarət etdiyi bölgələrə enişlər edir və qısa müddətdən sonra oranı tərk edirlər. Bu sualın üstü hələ də açıq qalmaqdadır. Yeri gəlmişkən, bu gün "İŞİD"in əsas yaradıcılarından biri kimi məhz ABŞ siyasi dairələrinin əlinin olduğu barədə faktlar, dəlillər irəli sürülməkdədir. Və maraqlısı da budur ki, ABŞ-ın aparıcı siyasi dairələri bu kimi iddiaları nə təkzib edir, nə də inkar edirlər. Amma...

Amma ortada o qədər faktlar var ki, onları sadalamaqla bitmir. Məsələn, "İŞİD" lideri Əl-Bağdadinin ABŞ senatoru Con Makkeyn ilə görüşü barədə yəqin ki, bir çoxları xəbərdadır. Belə görüşlərdən biri 2013-cü ildə baş tutub. "İŞİD"-in Suriyanın ardınca İraq müharibəsi ərəfəsində ABŞ tərəfindən yaradıldığı barədə iddialar isə məhz ortada olan bir fotoşəklin tarixçəsindən məlumdur. Hətta bu barədə artıq dünyanın tanınmış politoloqları da artıq öz sözlərini deyiblər. Həmin foto Türkiyə-Suriya sərhədində İŞİD lideri Əbubəkir Əl Bağdadinin ABŞ senatoru Makkeyn ilə görüş zamanı lentə alınıb.

Con Makkeyn niyə "Ağ Ev"in mətbuat katibi Coş Ernesti "maymaq" adlandırıb?

Lakin Con Makkeynin sonradan həmin fotoşəkili unudaraq, "İŞİD"-ə qarşı əks fikirlər səsləndirməsi də insanlarda çaşqınlıq yaradır. Məsələn, Əl-Bağdadinin qaniçənləri İraqın Ramadi şəhərini tutduqdan, oranı öz "xəlifəliklərinin" paytaxtı elan etdikdən sonra senator ilə "Ağ Ev" arasında qarşıdurma yaranmışdı. Belə ki, amerikalı senator "Fox News" telekanalının efirində "Ağ Ev"in mətbuat katibi Coş Ernesti "maymaq" adlandırmışdı. Makkeynin buna əsəbiləşməsinə, reaksiya verməsinə səbəb isə Barak Obama administrasiyasının sözcüsü Coş Ernestin onu dolayısı ilə "İŞİD"-i dəstəkləməsi ittihamı olub. Mətbuat katibi terrorçuların İraqda Ramadi şəhərini tutmasına münasibət bildirərkən deyib ki, "ABŞ silahlılara qarşı hər uğursuz əməliyyatdan sonra özünü öldürməməlidir". Con Makkeyn isə Ernestin sözlərinə belə reaksiya verib: "Bu maymaq cənab Ernest özünü öldürməyə bilər, amma elə bu dəqiqələrdə Ramadinin küçələrində cəsədlər yanır". Üstəlik, senator "İŞİD"-i "şər qüvvə" adlandırıb. Bu zaman sual yaranır ki, əcəba, əgər Makkeyn "İŞİD"-i şər qüvvə hesab edirdisə, onun cəlladlar təşkilatının lideri Əbu Bəkr Əl-Bğadadi ilə 2013-cü ildəki görüşündən olan fotolar haradan peyda oldu? Axı onun özü də həmin fotonun gerçək olmaması barədə heç bir söz deməyib. Demək...

Və təbii ki, neft amili!

Demək, amerikanın yuxarı dairələrinin bu işdə əllərinin olması faktı faiz etibarilə yüksəkdir. Biz buna daha bir sübut gətirə bilərik. Məsələn, ABŞ prezident seçkiləri ərəfəsindədir və bu ölkənin prezidentliyinə namizədlər "İŞİD" terror təşkilatının uğurlarına görə bir-birilərini ciddi ittiham edirlər. Dövlət başçısı postuna Respublikaçılar Partiyasının namizədlərindən biri, keçmiş prezident Corc Buşun qardaşı Ceb Buş bəyan edib ki, Obama administrasiyası İraqdan ABŞ qoşunlarının vaxtından əvvəl çıxmasında günahkardır. Ceb Buşun fikrincə, Demokratlar Partiyasından prezidentliyə əsas və daha şanslı namizəd hesab edilən keçmiş dövlət katibi Hillari Klinton İraqın terror meydanına çevrilməsinə cavadehdir.

Onun ittihamlarına cavab verən Klinton isə qeyd edib ki, ABŞ ordusunun İraqdan çıxarılması ilə bağlı razılşama 2011-ci ilin axırlarında, Corc Buş administrasiyası zamanında əldə edilib. O, xatırladıb ki, 2002-ci ildə Konqresdə şəxsən ABŞ ordusunun İraqda hərbi əməliyyatlara başlamasının lehinə səs verib.

Respublikaçı digər namizəd Donald Tramp isə "İŞİD" problemini həll etmək üçün ABŞ hərbi kontingentinin İraqa yeridilməsini və yaraqlıların ələ keçirdikləri neft yataqlarının nəzarətə götürülməsini təklif edib: "Onlar vəsaitsiz qalarsa, irəliləyişləri dalana dirənəcək".

Lakin göründüyü kimi, ittihamların nüvəsində dayanan əsas məsələ "İŞİD"-in uğurları və bu uğurların əldə edilməsinə kimin tərəfindən dəstək verilməsi məsələsidir və təbii ki, neft amili! Bəli, bu gün qara qızılın üzərində cərəyan edən qlobal hadisələr artıq insan qanı ilə suvanmaqdadr. ABŞ isə törədicisi olduğu "İŞİD"-i rahat şəkildə yaratdığı kimi, rahat şəkildə də məhv edə bilmir. Görünür, "İŞİD"-in məhv olması hələ ki, amerikalı siyasətçilərə sərf etmir. Ona görə də "İŞİD" üzərində siyasət yürüdərək, ŞİT ittihamlarla gündəmə gəlirlər.

Rövşən RƏSULOV

Digər xəbərlər