PDF Oxu

Siyasət

  • 6

YAP Suraxanı rayon təşkilatında parlament seçkiləri ilə bağlı toplantı keçirilib

YAP Suraxanı rayon təşkilatında parlament seçkiləri ilə bağlı toplantı keçirilib

Dünən Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Suraxanı rayon şöbəsinin üzvlərinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə bağlı toplantısı keçirilib.

Toplantıda çıxış edən YAP Suraxanı rayon təşkilatının sədr müavini Etibar Quliyev Seçki Qərargahının işi, görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat verərək, bildirib ki, ölkəmizdə keçiriləcək parlament seçkiləri demokratik prinsiplər əsasında təmin olunacaq.

Təşkilatın sədr müavini Solmaz Səfərova təşkilatda yaradılmış seçki qərargahı üzvlərinin üzərinə düşən vəzifələrin müəyyənləşdirildiyini, seçki məntəqələrinin hazırlığı ilə bağlı partiya fəalları arasında bölgü aparıldığını, partiya tərəfinldən irəli sürüləcək namizədlər üçün seçici imzası toplayacaq partiya fəallarına izahatlar verildiyini diqqətə çatdırmışdır.

Sonra seçkilərlə qarşıda duran digər məsələlər müzakirə olunmuş, fikir mübadiləsi aparılmış, aidiyyəti üzrə suallar cavablandırılmışdır.

Toplantıda qeyd olunub ki, 2015-ci ildə keçiriləcək parlament seçkiləri ilə əlaqədar YAP Suraxanı rayon təşkilatı Mərkəzi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına, YAP Mərkəzi Aparatının tapşırıqlarına uyğun olaraq işlərini qurmuş və qarşıda duran vəzifələrin öhdəsindən gələcəkdir.

ZÜMRÜD

Digər xəbərlər