PDF Oxu

Siyasət

  • 9

Ermənistan məhvə məhkumdur

Ermənistan məhvə məhkumdur
Arzu Nağıyev: "Madrid prinsipləri çərçivəsində Azərbaycan münaqişənin ərazi bütövlüy çərçivəsində həllinin tərəfdarıdır"

Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın vasitəçiliyi ilə sentyabr ayında Nyu-Yorkda görüşünün keçirilməsi planlaşdırılır. Siyasi təhlilçilərin gəldiyi qənaətə görə, bu görüş Dağlıq Qarabağ münaqişəsinin ətrafında yaranan passivliyin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Politoloq Arzu Nağıyev qəzetmizə açıqlamasında bildirdi ki, hər bir sülh danışıqları müsbət sonluqla bitərsə,hərbi yoldan daha önəmlidir: "Təəssüf ki, bu illər ərzində Ermənistan öz havadarları hesabına özünü ancaq ərköyün uşaq kimi aparıb, hər zaman sülh danışıqlarından söhbət düşəndə, atəşkəsi pozub və digər təxribatlara əl atıb. Bundan başqa ATƏT və digər beynəlxalq qurumlar da tövsiyyə xarakterli bəyanatlar verməklə kifayətlənib,ərazi bütövlüyündən, BMT-nin qətnamələrinin icrasından bir kəlmə də danışmayıblar və bu da təəssüf hissi doğurur. Azərbaycan Dağlıq Qarabağla bağlı illərlə yaranmış bugünki status-kvo ilə artıq razılaşa bilmir və beynəlxalq qurumlardan münaqişənin həlli istiqamətində mühüm addımlar atmağı tələb edir. Digər tərəfdən hərbi yolla öz işğal olunan torpaqlarının azad edilmıəsi üçün əməli addımların atıla biləciyini dəfələrlə bəyan edir. Məlum Madrid prinsipləri çərçivəsində Azərbaycan münaqişənin ərazi bütövlüy çərçivəsində həllinin tərəfdarıdır, bunu dəfələrlə bütün beynıəlxalq kürsülərdən Azərbaycan Prezidenti İlham Əliyev də bəyan edib".

Politoloqun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin ABŞ-ın vasitəçiliyi ilə sentyabr ayında Nyu-Yorkda görüşünün keçirilməsi də təqdirəlayiq bir haldır: "Bununla ABŞ təşəbbüsü əlinə almağa çalışır və bunun həm iqtisadi, həm də siyasi səbəbləri var. Bu, həm də regionda Rusiya faktorunun azaldılması üçün edilir. Digər tərəfdən isə dünyada ən çox uzanan donmuş bir münaqişənin həllini beynəlxalq səviyyədə yenidən qabardır. Bu görüşün tam uğurla nəticələnəcəyinə tam əminlik olmasa da, görüşlər mühüm qərarlar qəbul etmək üçün əhəmiyyət kəsb edir".

GÜLYANƏ