PDF Oxu

Siyasət

  • 10

Dilruba xala demişkən…

Dilruba xala demişkən…

KÖŞƏ YAZISI

"Milli Şura"nın sədri Cəmil Həsənli seçkilərdə iştirak etmədiyinə görə, yəni ağası Əli Kərimlinin parlament seçkilərini boykot etməsi səbəbindən onun da deputatlıq arzusu ürəyində qaldığına görə, seçkilərə qatılmaq fikrində olan bütün müxalifət partiyalarını (!) hədəfə alan ittihamlarla çıxış edib. Məsələn, seçkilərə qatılmaq qərarına gələn düşərgə təmsilçilərini "cib müxalifəti" seçkiləri isə "mandat bazarı" adlandıran Cəmil Həsənli onları seçkilərdə uğur qazanmaq üçün məhz "Milli Şura"ya böhtan atdıqlarını iddia edib. Yəni "mən getmirəmsə, sən niyə getməlisən?" uğursuz prinsipini əlində bayraq edən Həsənli indi də onun kimi radikal deyil, konstruktiv mövqedə dayananları "xəyanətkar" elan edir. Ancaq hansı mənada! Məsələn, deyir ki, o, "seçkilərə qatımamağa qərarlıdır." Ancaq işdi-şayət, kimsə "Milli Şura"dan seçkilərə qatılsa, həmin adamın seçki təbliğatımda iştirak edəcək (?!). Birincisi, əgər sən seçkilərə qatılmırsansa, digərlər müxalifətçiləri seçkilərə qatılmalarına görə niyə "cib müxalifəti" adlandırıb, onları haimiyyətə işləməkdə irriham edirsən? İkincisi, sənin seçkilərə qatılmamaq qərarının "Milli Şura"nın ümumi qərarına təsir etməməsi istəyində olduğunu deyirsən. Əgər sən "Milli Şura"nın sədrisənsə, hakimiyyətin "seçkiləri demokratik keçirməyəcəyi" barədə iddialarla çıxış edirsənsə, nəyə görə qurum üzvlərinin seçkilərə qatılmalarını dəstəkləyəcəyini bəyan edirsən və o biri tərəfdən də "Milli Şura", əlbəttə, seçkilərə qatıla bilər" tipli fikirlərlə camaatın əsəbi ilə oynayırsan? Demək, torbada pişik var, sadəcə, miyoltyusu bayıra çıxmayıb.

Ancaq Cəmil Həsənli millətin başını oyalamağa çalışdığı bir vaxtda unudur ki, bu gün seçkilərə qatılamaq fikrində olan müxalifətyönlü seçki bloklarını, partiyalarını ittiham etdikcə, özünü daha da ifşa etməkdədir. Bu gün onun ittiham etdiyi müxalifət partiyalarının sədrləri Cəmil Həsənliyə belə bir sual ünvanlayırlar ki, bəs ay Cəmil, vaxtilə parlamentə seçilmək üçün, deputat mandatı qazanmaq üçün hakimiyyətə işləyən sən deyildinmi? Partiyana tüpürüb, hakimiyyət barədə kitablar yazan, hakimiyyətə yaxınlığı ilə seçilən mətbu orqanlarda Əli Kərimlinin sağını-solunu baltalayan, ayağının altını qazan, hətta dilə gətirilməyəcək ittihamlar səsləndirən də sən deyildinmi? İndi nə oldu, Əli Kərimlinin qucağında oturmağın qalsın bir yana, deputat ola bilmək arzunun reallaşmadığına görə öz çirkinliklərini başqalarının üstünə atmaqla ağzına gələni çərənləyirsən?

RÖVŞƏN

P.S. Yəqin Cəmil Həsənli elə sanır ki, ictimai rəy gecə-gündüz gözünü ona dikib və nə edəcəyini gözləyir. Qonşumuz Şamaxı mərsiyədeyəni Dilruba xala demişkən, alleee, başun haqqı!

Digər xəbərlər