Ermənistan dedikdə bu ifadə yada düşür
Artıq iyun ayının 19-dan "Ayağa qalx, Ermənistan" hərəkatı sosial tələblərlə polisin təziqlərinə baxmayaraq "Ya ölmək, ya da qalib gəlmək!" şüarı ilə Yerevanın və başqa şəhərlərin küçələrini bağlamağa başlayıblar. "Miras" partiyasının mətbuat katibi David Sanasaryan bildirib ki, biz mübarizəmizi davam edirik: "İstəklərimiz Sarkisyanın istefasıdır. Biz müvəffəqiyyət əldə edəcəyik. Çünki Serj Sarksyanın həyata keçirtdiyi siyasət tam iflas həddində çatdı. Artıq Ermənistanda onun siyasi kursuna inanan qüvvələr demək olar ki, yoxdur və dünənə qədər müttəfiqi hesab edilən eks-prezident Robert Koçaryan da ondan imtina edib. Ermənistan uçurumun kənarında və sonunun başlanğıncındadır".
İllər heç nəyi dəyişmədi
Etiraf etmək lazımdır ki, Serj Sarkisyan və onun komandasının kriminal fəaliyyəti Cənubi Qafqaz bölgəsində daimi təsir gücünə malik olmaq istəyən qüvvələr tərəfindən hərtərəfli dəstəklənir və bunun qarşısı alınmasa, Ermənistan əhalisinin aqibətinin necə olacağını təsəvvür etmək çətin deyil. Daha aydın olsun deyə Sarkisyan hakimiyyətinin fəaliyyətinə nəzər yetirmək kifayətdir: 2008-ci ilin 1 mart hadisələri - Ermənistanın "müstəqillik" əldə etdikdən sonra üzləşdiyi çoxlu sayda itkilərlə müşayiət olunan ən qanlı hadisə. Bu hadisə Koçaryan-Sarkisyan cütlüyünün birgə səyi nəticəsində 19 fevral 2008-ci ildə keçirilmiş prezident seçkilərinin nəticələri ilə razılaşmayan Ermənistan xalqının soyqırımı kimi dəyərləndirilə bilər. Sirr deyil ki, həmin hadisələr zamanı ermənilərin qanını axıdan şəxslər bu gün yüksək vəzifələr tutaraq "əzabkeş" ermənilərə zülm etməkdə davam edirlər. Ən maraqlısı isə odur ki, bu gün Azərbaycan snayperlərindən ağızdolusu şikayət edən hazırkı Ermənistan rəhbərliyinin göstərişinə əsasən, həmin hadisələrdə bir çox ermənilər məhz erməni snayperlərin peşəkar fəaliyyəti nəticəsində qətlə yetiriliblər. 2003-2008-ci illərdəki ikinci prezidentlik dövründə Robert Koçaryan tərəfindən dövlət büdcəsindən 3 milyard ABŞ dolları məbləğində vəsaitin mənimsənilərək talan edilməsi faktı ölkədə böyük rezonans doğursa da, Serj Sarkisyanın bu günədək ölkəyə vurduğu ziyan ictimaiyyətdən gizlədilir. Sarkisyanın prezidentliyi dövründə Ermənistanda iqtisadi artım 2,3%-ə qədər azalıb, işsizliyin səviyyəsi isə 53%-ə qədər yüksəlib. 2008-2014-cü illər ərzində Ermənistanı ümumilikdə 300 minə yaxın adam tərk edib. 2013-2014-cü illər ərzində ölkənin ümumtəhsil müəssisələrində 664 min 600 şagird yerinin nəzərdə tutulmasına baxmayaraq, onların sayı 360 min 500 nəfərdən az olub. Bu müddət ərzində 38 ümumtəhsil məktəbi, 25 ali təhsil müəssisəsi və 5 orta ixtisas təhsil müəssisəsi bağlanıb və ya ləğv edilib. Sarkisyanın prezidentlik dövrünün son bir neçə ili ərzində Ermənistan ordusunda itkilərin sayı kəskin surətdə artırsa, bu da Ermənistan kimi cılız bir dövlət üçün çox böyük göstəricidir. Beləliklə, göründüyü kimi, illər heç nəyi dəyişmədi. 7-8 il ərzində Ermənistan hakimiyyətinin siyasi səriştəsizliyi nəticəsində ölkənin istər regional, istərsə də beynəlxalq miqyasda təcrid vəziyyətinə düşməsi Ermənistandakı durumu böhran həddinə çatdırdı. Ermənistan politoloqlarının dediyi kimi, bu isə sonun başlanğıcıdır.
A.SƏMƏDOVA