PDF Oxu

Siyasət

  • 9

YAP Zərdab rayon təşkilatının Seçki Qərargahında toplantı keçirilib

YAP Zərdab rayon təşkilatının Seçki Qərargahında toplantı keçirilib
Bu ilin noyabr ayında keçiriləcək parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Zərdab rayon şöbəsində seçkilərə hazırlıq işləri yüksək səviyyədə aparılır. Dünən YAP Mərkəzi Seçki Qərərgahının Zərdab rayon şöbəsində seçki qərərgahı üzvlərinin və imzatoplayacaq fəalların toplantısı keçirilib.

Toplantıda çıxış edən YAP Mərkəzi Seçki Qərərgahının Zərdab rayon şöbəsinin sədri Pərvin Mahmudova bildirib ki, YAP Zərdab rayon təşkilatı seçkiyə hazırlıq mərhələsində nəzərdə tutulan tədbirlərin icrasını məsuliyyətlə və yüksək səviyyədə təmin etməkdədir: "Belə ki, rayonda nüfuza sahib, seçki prosesində təcrübəsi olan, partiya sıralarında fəallığı ilə seçilən 16 nəfərdən ibarət YAP Mərkəzi Seçki Qərərgahının Zərdab rayon şöbəsi yaradılıb ki, bunun üçün texniki avadanlıqla təmin olunmuş otaq ayrılıb və ilkin olaraq fəaliyyət istiqamətləri müəyyənləşdirilib. Bundan başqa ayrı-ayrı məntəqələr üzrə YAP fəallarının tərkibi müəyyənləşdirilərək, kimin hansı işlə məşğul olacağı məlum olub".

Pərvin Mahmudova onu da nəzərə çatdırıb ki, rayon üzrə əhalinin məşğulluğunun artırılması istiqamətində bir sıra işlər aparılıb: "Yerlərdə insanları narahat edən məsələlər aydınlaşdırılıb, seçicilərin bütün sualları cavablandırılıb, ümumi vəziyyəti əks etdirən məlumat bazası hazırlanıb. 92 saylı Zərdab-Ucar dairə-seçki komisiyasında və dairəni əhatə edən 42 məntəqə seçki komisiyasında fəaliyyət göstərəcək məşvərətçi səs hüququna malik olan üzvlərin və müşahidəçilərin tərkibi müəyyənləşdirilərək onların forma üzrə siyahısı hazırlanıb, müvafiq qaydada sənədləri toplanıb. YAP tərəfindən 92 saylı Zərdab-Ucar seçki dairəsi üzrə irəli sürüləcək namizədlərin dəstəklənməsi üçün imzatoplanma kampaniyası zamanı imza toplayacaq 10 nəfər partiya fəalı müəyyən edilib və imzatoplayacaq partiya fəallarının treninqi keçirilib. Treninq zamanı fəallara imza vərəqəsinin nümunələri, YAP Mərkəzi Seçki Qərərgahı tərəfindən hazırlanan təlimat kitapçaları təqdim olunub və Seçki Məcəlləsinin tələblərinə uyğun imzatoplama qaydaları izah edilib".

P.Mahmudova onu da vurğilayıb ki, zərdablılar hər zaman Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı, respublikamızın Prezidenti, YAP-ın Sədri İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasını dəstəkləyib və Onun siyasi kursuna sadiqlik nümayiş etdiriblər: "Bunu indiyədək keçirilən siyasi kampaniyalardan da görmək mümkündür. Zəngin seçki təcrübəsinə malik olan rayonumuzda bütün seçki prosesində hər zaman yüksək seçki mədəniyyəti və seçici fəallığı nümayiş olunub. İnanırıq ki, parlament seçkilərində də zərdablılar fəal iştirak edəcəklər".

Daha sonra çıxış edənlər YAP Zərdab rayon təşkilatının Seçki Qərargahının üzvləri Zabit Davudov, Canpolad Vəliyev, Mircalal Mirzəyev Azərbaycan dövlətinin son illərdə əldə etdiyi uğurlardan bəhs edərək YAP-ın qarşıdakı seçkilərdə də qələbə qazanacağına əminliklərini bildiriblər.

İntizarə Məmmədova