PDF Oxu

Siyasət

  • 13

TARİXƏ SATQIN KİMİ DÜŞƏN SATQINLAR TOPLUMU

TARİXƏ SATQIN KİMİ DÜŞƏN SATQINLAR TOPLUMU
KÖŞƏ YAZISI

Bu bir həqiqətdir ki, Azərbaycan mövcud olduğu dönəmlərdən indiyə qədər onun çörəyini yeyib, suyunu içən bir çoxları tərəfindən xəyanətlərə məruz qalıb. Tarixlər, qərinələr boyu bollu-bərəkətli müqəddəs məmləkətimizdə gözləri olanlar həmin xəyanətkarların, satqın və münafiqlərin müxtəlif üsullu hücumlarına məruz qalıb, satılıb, parçalanıb, işğal olunub.

Ancaq bu hal nə qədər təəssüfflər doğurmasına baxmayaraq, bu gün də xalqımızın canı-qanı, şəhidləri qanı bahasına əldə etdiyi müstəqilliyə qarşı indinin özündə də hücumlar davam edir. Bu hücumların isə bir məqsədi var - ölkəmizin sərvətlərindən pay qoparmaq, onu təhdidlər altında saxlamaq, özünə tabe etdirmək və s. bənzər amillər. Satqınlar, xəyanətkarlar toplumu isə öz işlərindədirlər. İstər xaricdə, istərsə də daxildə olan milli düşmənlərimiz Qərbin, Şimalın, Cənubun istilaçı qüvvələri ilə əlbir olaraq, öz murdar mqsədlərini böyük pullar hesabına reallaşdırmağa çalışırlar və təbii ki, burada onlara stimul verən, dəstək verən başlıca düşmən amili məhz ermənilərdir. Doğrudur, erməninin buynuzu olmasa da, sadəcə həmin erməninin türk dünyasına olan əbədi-əzəli düşmənçilik hissi tükənməzliyi ilə hər zaman seçilib. Yəni həmişə Azərbaycanın sərvətlərinə göz dikənlərin arxasında əsas olaraq, varlı-karlı erməni lobbisinin də dayanması şübhəsizdir və bütün dövrlərdə məmləkətimizə qarşı yönəlmiş davamlı hücumlar arxasında erməni barmağı, həmin barmaq altında pul qazanan, milli maraqları satan xəyanətkarlar sürüsü hər zaman olub. Bu gün də belədir.

Xəyanət mücəssəmələri

Belə milli xəyanətkarlardan biri də Leyla Yunusdur. Həmin Leyla Yunus ki, məlum və aşkar xəyanətlərinə görə əlahəzərət qanun qarşısına çıxarılır! Həmin Leyla Yunus ki, I Dağlıq Qarabağ müharibəsi zamanı, 1992-94-cü illərdə Müdafiə Nazirliyinin analitik şöbəsinə rəhbərlik edərkən, Azərbaycan televisiyası vasitəsilə çıxışlarında, xəritələr vasitəsilə (!!!-R.) mövqelərimizi erməniyə nişan verirdi! Həmin Leyla Yunus ki, yalnız həqarət edəndə, söyüş söyəndə, küfr səsləndirəndə Azərbaycan dilində danışdığını etiraf edib! Həmin Leyla Yunus ki, dəfələrlə Ermənistanda, Qərbi Avropada səfərlərdə olarkən, orada erməni kəşfiyyatının xəfiyyələri ilə görüşərək, təlimatlar alıb, onların yerinə yetirilməsi üçün, verbovkalarla məşğul olub! Həmin Leyla Yunus ki, o, həbs olunarkən, cəbhədəki gərginlik zamanı şəhid olan əsgərlərimizin daha çox ölməsini arzu edən qızı xitabən "Azərbaycan əsgərləri gəbərsinlər" deyə ermənicəsinə, fahişəcəsinə bağırıb!

İndi bu Leyla Yunus erməni can-qardaşlarına, bacılarına, bəlkə də gizli ərlərinə saqid qaqldığını nümayiş etdirmək üçün yenə də köhnə adətindən əl çəkməyərək, sonuncu məhkəmə zamanı da pafoslu şüarlar səsləndirib, bağırıb-çığırıb, tumanını başına çəkib, "ya xoçu v tualet!!!" xarakterli şivənlik şoluları ilə bütün diqqətləri üzərinə cəlb etməyə çalışıb. Üstəlik, hakimiyyətə "Siz tarixə qatil kimi, cəllad kimi düşəcəksiz" (??!!-R.) tipli hədəyanlar və ittihamlar irəli sürməklə iş üzünü daha da qabarıq şəkildə nümayiş etdirib. Bu, məhz həmin Leyla Yunusdur! Qatil, cəllad, pis, çaqqal erməniyə nökərçilik edən, artıq ölməyə hazırlaşan, öldükcə də cəhənnəmin dibinə doğru sürətlə yuvarlanacaq, TARİXƏ SATQIN KİMİ DÜŞƏCƏK VƏTƏN, MİLLƏT, DÖVLƏT XAİNİ LEYLA YUNUS.

Ən əsası isə, xalqımıza nifrət və həqarətlə baxan Leyla Yunus artıq ana dilimizdə yazılmış Azərbaycanın müqəddəs qanunları qarşısında cavab verməyə məcbur oldu. Necə deyərlər, haqq nazilər, amma üzülməz.

RƏFİQƏ