PDF Oxu

Siyasət

  • 8

GERİYƏ YOL YOXDUR: ERMƏNİSTAN İNQİLABIN ASTANASINDADIR

GERİYƏ YOL YOXDUR: ERMƏNİSTAN İNQİLABIN ASTANASINDADIR
Artıq problemlər məngənəsində çabalayan Ermənistanda vəziyyət pik nöqtəsinə çatıb. Ölkədə prezident Serj Sarkisyanın yarıtmaz siyasi fəaliyyəti ilə bağlı olan elektrik enerjisi tariflərinin bahalaşmasına qarşı baş qaldıran etiraz dalğası səngimək bilmir. Hətta ötən günlərdə də paytaxt Yerevanda etirazçılar yeni hərəkata başlayıb. Aksiya iştirakçıları konstitusiya islahatlarına qarşı mübarizəyə başlamaq niyyətindədir. Hökumət siyasi böhranın bir addımlığındadır. Ermənistanda hadisələrin bu məcrada baş verməsi masa üzərinə yeni təkliflərin qoyulmasını diktə edir. Bundan qaçan Ermənistan siyasi rəhbərliyinin çıxılmaz vəziyyətdə olduğu isə göz qabağındadır. Görünən odur ki, Sarkisyan hökuməti ölkədəki durumun yaxşılaşması üçün nə lazımi addımlar atır, nə də insanların digər ölkələrə getməsinin qarşısını ala bilir.

İşğalçı ölkədəki gərginliyi "SƏS"ə şərh edən Yeni Azərbaycan Partiyasının (YAP) Beynəlxalq Əlaqələr Komissiyasının katibi, politoloq Elman Nəsirli Ermənistan əhalisinin 50 faizdən çoxu yoxsulluq həddindən aşağı səviyyədə yaşadığını deyən E.Nəsirli bildirib ki, bütün bunlar məhz həmin siyasətin, təcavüzün və işğalın nəticəsidir: "Azərbaycan Prezidenti İlham Əliyev milli mətbuatın yaranmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə erməni xalqının özünün kriminal diktatura rejimindən əziyyət çəkdiyini bildirərək deyib: "Bu rejim erməni xalqını elə pis vəziyyətə salmışdır ki, o vəziyyətdən çıxmaq üçün bəlkə 100 il vaxt lazım olacaq".

Politoloq onu da qeyd edib ki, Ermənistandakı bu dözülməz vəziyyət nəticəsində işğalçı ölkəni tərk edənlərin sayı da artmaqdadır. Ermənistan Miqrasiya Xidmətinin verdiyi rəsmi məlumata görə, ölkə əhalisinin 74 faizi ölkəni tərk etməyə hazırlaşır: "Armenia today" yazır ki, əhalinin ölkəni tərk etməsinin səbəbləri əvvəlki illərdəki kimi dəyişməz olaraq qalır. İnsanlar səfalətdən, hüquqsuzluqdan, işsizlikdən, hakimiyyət orqanlarının özbaşınalığından, rüşvət və korrupsiyadan can qurtarmaq üçün ölkəni tərk edirlər. Mövcud demoqrafik problemlər sosial kataklizmləri daha da sürətləndirib. Ölkənin sosial problemləri aradan qaldırmaq üçün kifayət qədər siyasi - iqtisadi resurslara malik olmaması isə demoqrafik problemlərin hakimiyyətlə xalq arasında ciddi qarşıdurmanı şərtləndirməsinə zəmin yaradıb. Hər il Ermənistanı 23-27 min adam tərk edir. XX əsrin 80-ci illərinin sonunda 3,7 milyon əhalinin yaşadığı Ermənistanda əhalinin 1,5 milyondan çoxu (ümumi əhalinin 40%-i) müstəqillik dövründə aclıq, işsizlik, səfalət ucbatından xarici ölkələrə mühacirət edib və bu proses indi də davam etməkdədir".

Ermənistanda siyasi, sosial-iqtisadi və demoqrafik böhran dərinləşir

E.Nəsirli, onu da vurğulayıb ki, bütün sahələrdə iflasa uğrayan Ermənistanın dövlət borcu rekord səviyyəyə çatıb. Belə ki, Ermənistan Mərkəzi Bankının hesabatına əsasən ölkənin xarici borcu gəlirləri 60 faiz üstələməsi son 10 il üçün ən böyük göstərici hesab olunur. Ölkənin ümumi borcunun 5 milyard dollara yaxın olduğunu deyən E.Nəsirli cari ilin birinci rübündə Ermənistanın dövlət borcu ümumi daxili məhsulu 52,8 faiz, xarici borcu isə 44,9 faiz üstələdiyini bildirib: "Bu gün elektrik enerjisinin tariflərinin artırılmasından sonra isə əhalinin hakimiyyətə inamı tamamilə itib. Ölkədə yoxsulluq səviyyəsi 50 faizə qədərdir ki, bunun yaxşılığa doğru dəyişməsi də gözlənilmir. Ermənistanın Avrasiya İqtisadi İttifaqına daxil olması heç bir müsbət effekt verməyib, əksinə, mənfi təsir edib. Ermənistanın Gömrük İttifaqına üzv olması isə başqa ölkələrlə ticarət əlaqələrini daha da məhdudlaşdırıb. Bu səbəbdən Ermənistanda iqtisadi tənəzzül davam edir, cari ildə inflyasiya daha da artacaq və böhranın hələ uzun müddət davam edəcəyi proqnozlaşdırılır".

Politoloq, həmçinin son hadisələr, eləcə də təcavüzkar dövlətin mütəmadi olaraq ərazilərimizi atəşə tutmaqla törətdiyi diversiya hərəkətləri ilə də bağlı münasibətini bildirərək vurğulayıb ki, bütün bunlara baxmayaraq Azərbaycanın tutarlı cavab verməsi düşməni vahimə içində saxlamaqla yanaşı, qüdrətli ordumuzun işğal edilmiş ərazilərimizin hərbi yolla qaytarmağa hazır olmasını bir daha təsdiq edir: "20 ildən çoxdur ki, təcavüzkar Ermənistan aparılan danışıqlar prosesində həmişə qeyri-konstruktiv mövqedən çıxış edərək hər dəfə bu prosesi süni surətdə uzatmağa çalışır. Lakin Azərbaycanın ərazi bütövlüyünün heç vaxt aparılan danışıqların mövzusu olmadığını və bundan sonra da olmayacağını daim vurğulayan Prezident İlham Əliyev deyib: "Biz danışıqları, sadəcə olaraq danışıqlar naminə aparmayacağıq. Danışıqların imitasiyası ilə məşğul olmaq üçün Ermənistana imkan verməyəcəyik. Biz o vaxta qədər danışıqlar aparacağıq ki, ərazi bütövlüyümüzü bu yolla bərpa edə biləcəyimizə ümidimiz qalacaqdır. Əgər görsək ki, bu, mümkün deyil, onda Azərbaycan dövləti hərbi yoldan istifadə edərək öz ərazi bütövlüyünü bərpa edəcəkdir".

Beləliklə, baş verən proseslər mütləq hökumət və xalq arasında növbəti amansız toqquşmaya gətirib çıxaracaq.

A.SƏMƏDOVA