İclasda qarşıda duran vəzifələr müzakirə edilib
Məlum olduğu kimi, noyabr ayında keçiriləcək parlament seçkilərinə Yeni Azərbaycan Partiyası bütün seçkilərdə olduğu kimi, bu seçkilərə də yüksək səviyyədə hazırlaşır. Partiyanın yerli strukturlarında yaradılan seçki qərargahları yaradılıb, aktiv fəaliyyət göstərirlər. YAP Balakən rayon təşkilatının və Seçki Qərargahının sədri Azad Balayev parlament seçkilərinə hazırlıqla bağlı məlumat verib: "Rayon Seçki Qərargahının parlament seçkiləri dövründə görəcəyi işlər müəyyən edilib və qərargah üzvlərində ibarət 5 işçi qrupu yaradılıbdır. Təcrübəli və əvvəlki seçkilərdə fəal iştirak etmiş Yeni Azərbaycan Partiyasının üzvləri və Seçki Məntəqəsi ətrafında yaşayan YAP fəallarından ibarət qruplar müəyyən edilibdir".
YAP Balakən rayon təşkilatının aparat rəhbəri Ömər Osmanov partiyanın Mərkəzi Aparatı tərəfindən göndərilmiş tövsiyələrin təlimat kitabçalarına uyğun olaraq imza toplayacaq nümunə vərəqələrinin doldurulma qaydalarını izah edib.
Rayon Seçki Qərargahı üzvlərindən Rəhim Tağıyev, Şəfiqə Tütünçiyeva, Xəlifə Mirəliyev, imza toplayacaq qrupun adından imza toplayanlar qrupu adından Qurban Poladov çıxış edərək hər zaman olduğu kimi, bu seçkilərdə də yüksək fəallıq göstərəcəklərinə və YAP-ın irəli sürəcəyi namizədə etimad nümayiş etdirəcəklərini bildiriblər.
ÜLVİ