PDF Oxu

Siyasət

  • 9

YAP Mərkəzi Seçki Qərargahı Gəncədə zona müşavirəsi keçirib

YAP Mərkəzi Seçki Qərargahı Gəncədə zona müşavirəsi keçirib

Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının (MSQ) Şəmkir, Daşkəsən, Göygöl, Samux, Tovuz, Gədəbəy, Ağstafa, Qazax, Naftalan, Kəlbəcər rayon şöbələrinin növbəti parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar zona müşavirəsi keçirilib. SİA-nın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının Gəncə şəhər təşkilatı qərargahında keçirilən müşavirədə YAP Sədrinin müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov, icra katibinin müavini Mübariz Qurbanlı, YAP İdarə heyətinin üzvü, Milli Məclisin Aqrar Siyasət komitəsinin sədri Eldar İbrahimov və rayon şöbələrinin üzvləri iştirak ediblər.

Müşavirədə YAP Sədrinin müavini-İcra katibi Əli Əhmədov çıxış edərək noyabr ayında ölkəmizdə Milli Məclisə keçiriləcək növbəti seçkilərə partiyanın ciddi şəkildə hazırlaşdığını diqqətə çatdırıb: "Bildiyimiz kimi, ölkəmizin rayon və şəhər təşkilatlarında YAP-ın Mərkəzi Seçki Qərargahının şöbələri fəaliyət göstərir. Seçki Qərargahında partiyanın fəalları, seçki təcrübəsi olan insanlar fəaliyyət göstərirlər ki, onlar partiyanın hər bir seçkidəki iştirakında yeni texnologiyalar təqdim edirlər. Bu isə seçkilərin daha şəffaf, ədalətli, demokratik, məhz xalqın marağı kontestində keçirilməsinə zəmin yaradan əsas amillərdən biridir. Bu baxımdan hesab edirəm ki, ölkəmizdə növbəti dəfə keçiriləcək azad və ədalətli parlament seçkilərində xalqın inamını, etimadını qazanmış Yeni Azərbaycan Partiyası bir daha uğurlara imza ataraq, zəfər və qələbə əldə edəcək".

Həçminin, YAP-ın uğurlarının zəfər və qələbələrinin əsasında xalq dəstəyinin olduğunu vurğulayan Əli Əhmədov ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü genişmiqyaslı işlərin, qlobal layihələrin xalqın partiyaya olan inamının daha da artmasına zəmin olduğunu deyib: "Daha öncəki seçkilərdə də YAP xalqın marağından çıxış edərək məhz bu prinsiplərə öz sədaqətini nümayiş etdirib və böyük dəstək qazanıb. O cümlədən, təşkilatın yerli strukturlarında iş aparan seçki qərargahlarının üzvlərinin bir çoxu böyük seçki təcrübəsinə malikdirlər. Bu isə həm də onu sübut edir ki, YAP hər seçk prosesində daxili resurslarından, xüsusilə insan resurslarından uğurla istifadə edib. Nəticədə YAP-ın qələbəsi təmin olunub".

Qeyd edək ki, keçirilən müşavirədə YAP-ın Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev və YAP Qazax rayon təşkilatının sədri Həmid Pənahov çıxış edərək seçki qərargahlarının iş prinsipi, görülmüş işlər, Mərkəzi Seçki Qərargahının tapşırıq və tövsiyələrinin icrası vəziyyəti haqqında ətraflı məlumat verməklə yanaşı, qarşıya qoyulmuş vəzifələrindən məsuliyyətlə gələcəklərini vurğulayıblar.

Müşavirənin sonunda yekun nitqi ilə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov növbəti işlərlə bağlı tədbir iştirakçılarına öz tövsiyə və tapşırıqlarını verib və qarşıda dayanan vəzifələr barədə fikirlərini müşavirə iştirakçılarına çatdırıb.

yap.org.az

Digər xəbərlər