"Azərbaycanın alternativ enerji təqdim etməsi bəzi ölkələri qıcıqlandırır. Onları ermənilərə dəstək verən ölkələr daxilində də görmək mümkündür". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Mənsur Bərxudarov deyib. O bildirib ki, həmin ölkələr Azərbaycanın beynəlxalq enerji layihələrinə qısqanclıqla yanaşırlar və PKK-ya da belə terror aktlarında dəstək verirlər"."Bu gün Azərbaycanın Avropa və digər ölkələrlə olan transkontinental layihələrində maraqlı olmayan tərəflər də bu kimi terror işləri ilə məşğul ola bilirlər. Artıq bəllidir ki, Azərbaycanın transkontinental layihələrdə iştirakına indiyə qədər maneə törədən qüvvələr hansılardır. Bu gün Azərbaycanı özünə rəqib görən ölkələr var. Azərbaycanın regionda, Cənubi Qafqazda, Mərkəzi Asiya regionunda güclənməsindən ehtiyat edən güc mərkəzləri, siyasi qüvvələr bu işə mane olmağa çalışırlar. PKK-nın terror aktını həyata keçirməsində maraqlı olan qüvvələr ancaq bunlar ola bilər".
sia.az