"Əslində bu gün dünyada baş verən toqquşma və qarşıdurmaları lokal qarşıdurmalar kimi xarakterizə etmək hadisələrin miqyasını bir qədər kiçiltmək kimi görünə bilər. Çünki ilk baxışda lokal görünən bu toqquşmaların arxasında dünyanın ən hegemon gücləri dayanıb". Bunu SİA-ya "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, politoloq Hikmət Babaoğlu dünyada baş verən soyuq müharibələrin, lokal toqquşmaların gələcəkdə nüvə müharibəsinə gətirib çıxara biləcəyi barədə səslənən fikirlərə münasibətini bildirərkən deyib.Politoloq qeyd edib ki, dominant güc mərkəzi imperialist Avropa və onun siyasi iradəsinə qarşı müqavimət göstərməyə çalışan digər iddialı dövlətlərdir: "Didər kateqoriya kimi səciyyələndirdiyimiz dövlətlər isə Avropa imperializmi kimi təşkilatlanmş və koordinasiya edilmiş deyillər. Elə səpələndikləri siyasi coğrafiya da genişdir. Ancaq buna baxmayaraq dunyanın , xüsusilə də Yaxın Şərqin yenidən dizayın edilməsində təsirli olmağa çalışırlar. Diqqət etsək elə Avropanın da monoloit siyasi birlik olmadığını görəcəyik".Hikmət Babaoğlu onu da qeyd edib ki, Avropada iki ciddi qruplaşma mövcuddur: "Bunlardan bir Almaniya və Fransanın öndərlik etdiyi Avrosentristlər digəri isə ABŞ və Böyük Britaniyanın rəhbərlik etdiyi Avroatlantiklər. Hadisələrin hazırkı mərhələsində Avroatlantiklər diktə edən tərəf olsa da, hər fürsətdə Avrosentristlər təşəbbüsü ələ keçirməyə çalışırlar. Liviyanın işğalında biz Fransanın timsalında bunu çox açıq şəkildə müşahidə edə bildik. Almaniya isə Yunanıstan problemi məsələsində lider olmağa çalışdı. Eyni zamanda 2011-ci ildə Azərbaycandan başlayaraq Qafqazda təşəbbüsü ələ keçirmək niyyətinə düşdü. Ancaq Qafqazda Rusiya faktorunu hesablayarkən ciddi xətalara yol verdiyinə görə ugursuzluğa məhkum oldu. Eyni uğursuzluq Macarıstan məsələsində də yaşandı. Ona görə də, Almaniya heç olmasa Yunanıstanla bağlı problemin həllində söz sahibi kimi görunməyə çalışır. Bu məsələdə Avroatlantik qruplaşma passiv müşahidəçi görünsə də əslində hadisələrə kifayət qədər nəzarət edə bilir.Yaxın Şərqin yenidən inşası məsələsində isə Xristian Klubu yəni Arosentristlər və Avroatlantiklər tam həmrəydirlər. Üstəlik bu məsələdə onların çox ciddi bir müttəfiqləri də var. Amma müəyyən səbəblərdən onun adı heç bir səkildə hallandırılmır. Bu dövlət klassik şərqi çox məharətlə öz maraqlarına uyğun yenidən dizayn etməkdədir. Göründüyü kimi lokal kimi səciyyələndirdiyimiz hadisələrin arxasında dünyanın ən hegemon güclərinin maraqları dayanıb.Yaxın perspektivdə biz Yaxın Şərqdəki proseslərə yeni güclərin müdaxiləsinin şahidi ola bilərik. Artıq bu barədə bəzi ölkələrin çox ciddi rəsmi səxsləri həvəslə danışmağa başlayıblar. Əgər belə olacaqsa, Yaxın Şərqdə vəziyyət daha da mürəkkəbləşə bilər. Nüvə müharibəsinə gəlincə isə onu deyə bilərəm ki, hətta uzunmüddətli perspektivdə belə bu real görünmur. Çünki buna heç ehtiyac da yoxdur. İmperialistlər dünyanı bölmək və istismar etmək üçun daha effektiv vasitələr tapıblar. Bunlardan ən təsirlilərindən birinin adı Yumşaq Gücdür yaxud informasiyaya əsaslanan rasional manipuliyativ metoddur".
sia.az