PDF Oxu

Siyasət

  • 9

YAP Oğuz rayon təşkilatının Seçki Qərargahında treninq keçirilib

YAP Oğuz rayon təşkilatının Seçki Qərargahında treninq keçirilib

Yeni Azərbaycan Partiyasının (YAP) Oğuz rayon təşkilatının Seçki Qərargahında noyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərində qərargah üzvləri və YAP tərəfindən irəli sürülmüş namizədlərin xeyrinə imza toplayacaq partiya fəallarına treninq keçirilib. SİA-nın verdiyi məlumata görə, tədbirdə çıxış edən YAP Oğuz rayon təşkilatının və Seçki Qərargahının sədri Saleh Məhərrəmov əvvəlcə Milli Məclisə seçkilərə hazırlıqla bağlı YAP tərəfindən görülən işlər haqqında məlumat verib.

O, qeyd edib ki, avqustun 18-də Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahının Şəki-Zaqatala bölgəsi üzrə rayon şöbələrinin qarşıdan gələn parlament seçkilərinə hazırlıq işləri ilə əlaqədar birgə müşavirəsi keçirilib. Qəbələ şəhərində keçirilən müşavirədə parlament seçkilərinə hazırlıq işləri barədə ümumi məsələlər müzakirə edilib.

Müşavirədə ötən dövr ərzində görülmüş işlər haqqında məlumat verilib, qarşıda duran vəzifələrin icrası ilə bağlı görüləcək işlərdən bəhs edilibdir. Müşavirədə çıxış edən YAP-ın Sədr müavini-İcra katibi, Baş nazirin müavini Əli Əhmədov noyabrın 1-də ölkəmizdə Milli Məclisə keçiriləcək seçkilərə hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu diqqətə çatdırıbdır. Əli Əhmədov vurğulayıb ki, YAP-ın parlament seçkilərində böyük uğur qazanması üçün obyektiv şərtlər mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan islahatların, nəhəng quruculuq işlərinin uğurlu nəticələri, yekunda isə Azərbaycan vətəndaşının günü-gündən yüksələn sosial durumu, əhalinin rifahının yüksəlməsi, iqtisadiyyatın dinamik inkişafı, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması və s. partiyamızın qələbəsini şərtləndirən əsas amillərdəndir.

Daha sonra S.Məhərrəmov xatırladıb ki, Prezident İlham Əliyevin Milli Məclisə seçkilərin təyin edilməsi haqqında Sərəncamı imzalanandan sonra YAP tərəfindən irəli sürülən namizədlər ictimaiyyətə açıqlanacaq və bundan sonra qanuna müvafiq olaraq, namizədlərin imzatoplama kampaniyasına start veriləcək. İmza toplayacaq partiya fəallarının üzərinə böyük məsuliyyət düşdüyünü deyən S.Məhərrəmov qeyd edib ki, bütün digər seçkilərdə olduğu kimi, bu dəfə də ən qısa vaxtda və müvafiq sayda imzalar toplanaraq təhvil verilməlidir. Bu sahədə YAP üzvlərinin zəngin təcrübəsinin olduğunu da deyən qərargah sədri imzatoplama posesində daha məsuliyyətli, obyektiv olmalarını tövsiyyə edib və YAP tərəfindən isə imza toplayacaq şəxslərin istifadə etməsi üçün kitabçalar hazırlanıb: "Bunlar, bir növ, imza toplayacaq fəallar üçün yaddaş kitabçalarıdır. Qanunvericilikdə və MSK-nın təlimatlarında nəzərdə tutulan məsələlər orada əksini tapıb. Bu treninqin keçirilməsində məqsəd də bu məsələləri diqqətə çatdırmaq və onlara əməl etməkdir".

Daha sonra tədbirdə müvafiq müzakirələr aparılıb və imza toplayacaq fəalların sualları cavablandırılıb.

sia.az

Digər xəbərlər