Artıq parlament seçkilərinə 2 ay vaxt qalıb. Qeyd edək ki, noyabrda keçiriləcək parlament seçkiləri ərəfəsində ölkənin ictimai-siyasi həyatında siyasi partiyaların yeri və rolunun nə qədər əhəmiyyətli olduğu özünü büruzə verməyə başlayır. Partiyalar seçkiöncəsi durumlarını təhlil edərək, seçkilərdə hansı namizədlərlə və hansı dairələrdə mübarizə aparacaqlarını müəyyənləşdirməyə çalışırlar. YAP Mərkəzi Seçki Qərargahının parlament seçkiləri ilə bağlı rayon şöbələrinin seçki qəragahlarında ciddi hazırlıq işləri aparılır.
Nazim Ağayev: "YAP Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir"
YAP Xaçmaz rayon təşkilatının və parlament seçkiləri ilə əlaqədar təşkilatda yaradılmış Seçki Qərargahının sədri Nazim Ağayev qəzetimizə açıqlamasında vurğulayıb ki, təşkilatımız parlament seçkilərinə yüksək səviyyədə hazırlaşır və bunun nəticəsində bu seçkilərdə də partiyamızın irəli sürdüyü namizədlərin üstünlük təşkil edəcəyini artıq indidən demək mümkündür: "Cəmiyyətdə ictimai-siyasi fəallığı ilə seçilən, yarandığı gündən xalqın partiyası olduğunu reallığa əsaslanan proqram fəaliyyəti ilə təsdiqləyən YAP növbəti parlament seçkilərini də demokratiyanın tələblərinə uyğun, obyektiv, şəffaf şəraitdə keçirmək əzmindədir. Bu il noyabr ayının 1-də keçiriləcək seçkilərə demokratiyanın tələblərinə uyğun hazırlaşan, ölkə miqyasında quruculuq və dinamik inkişaf proqramının həyata keçirilməsində vahid siyasi qüvvə kimi iştirak edən və cəmiyyətdə aparıcı rolunu həmrəylik və birliyi ilə doğruldan Yeni Azərbaycan Partiyası qarşıdan gələn parlament seçkilərinə də məsuliyyətlə hazırlaşır".
Təşkilatın sədri N.Ağayev bildirib ki, qərargahın işinə partiya fəalları və seçki təcrübəsi olan YAP üzvləri cəlb olunublar: "YAP Xaçmaz rayon təşkilatının Seçki Qərargahı öz işini YAP Mərkəzi Aparatının tərtib etdiyi plana və partiya rəhbərliyinin tövsiyələrinə uyğun şəkildə qurur. YAP Mərkəzi Seçki Qərargahının 17 nəfərdən ibarət rayon şöbəsi yaradılıb, onun üçün müvafiq iş şəraiti təşkil edilmişdir. Seçicilərin siyahısı dəqiqləşdirilmiş, bazaya yığılmış, və dəqiqləşmə davam edir. Həmçinin, seçki məntəqələri üzrə məşvərətçi və müşahidəçilərin siyahıları bir daha dəqiqləşdirilərək hazırlanıb. Seçki kampaniyasına rəsmi start verildikdən və partiyamızın namizədləri elan olunduqdan sonra Seçki Məcəlləsinin müvafiq maddələrinə uyğun işlərimizi davam etdirəcək, imzatoplama prosesinə başlayacayıq. Artıq 20 nəfərdən ibarət imza toplayacaq şəxslər müəyyən edilib. Bütün bunlarla yanaşı, seçki məntəqələri üzrə partiya üzvlərinin siyahısı da hazırdır. Əlbəttə, ötən seçkilərin təcrübələrindən də çıxış edərək deyə bilərik ki, uğurlu seçki kampaniyasının həyata keçirilməsi üçün əsas işlərdən biri də rayon təşkilatı fəallarının işi və koordinasiyasının uğurlu təşkilidir. YAP Xaçmaz rayon təşkilatı Seçki Qərargahında da bu məsələ daim diqqətdə saxlanılır".
Nazim Ağayev YAP-ın bu seçki kampaniyası dövründə də uğurla fəaliyyət göstərəcəyini və növbəti qələbəsini qazanacağını əminliklə söyləyərək əlavə edib ki, bu seçkilərdə də partiyamızın qələbəsini şərtləndirən kifayət qədər çoxlu amillər var.
Əli Hüseynov: "YAP Azərbaycan cəmiyyətində öz yerinə, roluna, xalqdan aldığı dəstəyinə və aparıcı missiyasına görə öndədir"
YAP Ağsu rayon təşkilatının və parlament seçkiləri ilə bağlı yaradılan rayon şöbəsinin Seçki Qərargahının sədri Əli Hüseynov "SƏS" qəzetinə açıqlamasında YAP-ın qarşıdakı parlament seçkilərində də böyük uğur qazanacağına tam əmin olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə mövcud olan siyasi ab-hava, dövlət başçısı İlham Əliyev Cənablarının siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, partiyamızın qələbəsini şərtləndirən əsas faktorlardır: "Məhz bu faktorlar onu deməyə əsas verir ki, əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçklərini də YAP parlaq qələbə ilə başa vuracaq".
Ə.Hüseynov YAP Ağsu rayon təşkilatının Seçki Qərargahı avqust ayının 4-də 17 nəfər tərkibdən ibarət olmaqla yaradılıb, iş bölgüsü aparılıb və texniki avadanlıqlarla tam təmin olunubdur: "Qeyd edim ki, 87 saylı Ağsu-İsmayıllı Dairə-Seçki Komissiyasının 56 məntəqəsinin hər birinə ayrı-ayrılıqda baxış keçirilmiş, 41 məntəqədə cari təmir işləri aparılmış, 15 məntəqə yeni tikilmiş məktəb binalarında yerləşdiyi üçün təmirə ehtiyacı olmamışdır. Qarşıdakı parlament seçkilərinə hazırlıqla əlaqədar seçici siyahıları dəqiqləşdirilmiş, bu iş davam etdirilir. Namizədin müdafiəsi üçün imzaların toplanması məqsədilə 10 nəfərdən ibarət qrup yaradılıbdır. Qərargah tərəfindən 87 saylı Ağsu-İsmayıllı Dairə-Seçki Komissiyasının Ağsu rayonu üzrə 56 məntəqənin hər birinə 1 nəfər müşahidəçi, 1 nəfər məşvərətçi səs hüquqlu şəxslərin müvafiq formalar üzrə hazırlanıbdır. Parlament seçkiləri ilə əlaqədar YAP Ağsu rayon təşkilatı Mərkəsi Seçki Qərargahının rayon şöbələrinin Fəaliyyət Proqramına, YAP Mərkəzi Aparatının tapşırıqlarına uyğun olaraq öz işlərini qurmuş və qarşıda duran bütün vəzifələrin icrası təmin ediləcəkdir".
Ə.Hüseynov, YAP-ın parlament seçkilərində böyük uğur qazanacağına tam əmin olduğunu vurğulayıb. Bildirib ki, ölkəmizdə mövcud olan siyasi ab-hava, dövlət başçısı İlham Əliyev Cənablarının siyasətinin uğurları, iqtisadiyyatın dinamik inkişafı, əhalinin rifahının yüksəlməsi, bölgələrin sosial-iqtisadi inkişafı, Azərbaycanın beynəlxalq müstəvidə imicinin artması, partiyamızın qələbəsini şərtləndirən əsas faktorlardır: "Məhz bu faktorlar onu deməyə əsas verir ki, əvvəlki seçkilərdə olduğu kimi, qarşıdan gələn parlament seçklərini də YAP parlaq qələbə ilə başa vuracaq".
R.KAMALQIZI