Sonra imza toplayanlara yaddaş olaraq imza vərəqələri nümunələri və YAP Mərkəzi Seçki Qərargahı tərəfindən hazırlanmış III təlimat təqdim edilib.
Ə.Quliyev, həmçinin 15 nəfərdən ibarət rayon şöbəsinin Seçki Qərargahının üzvlərinin olduğunu bildirib. Qeyd edib ki, Yevlax ərazisində 2 DSK, 48 saylı Yevlax və 49 saylı Yevlax-Mingəçevir DSK mövcuddur. 2 DSK üzrə 57 məntəqə fəaliyyət göstərir ki, bunlardan 31 məntəqə 48 saylı DSK ərazisində, 26 məntəqə 49 saylı Yevlax- Mingəçevir DSK ərazisində yerləşir. Ümumilikdə, rayonun 58066 nəfər seçicisi var. Azərbaycan respublikasının Milli Məclisinə seckilərdə Yevlax ərazisi üzrə 2 DSK-dan Yeni Azərbaycan Partiyasının iki nəfər üzvünün namizədliyi partiya tərəfindən irəli sürüləcək və onların seçki prossesində təbliğat kampaniyasına start verildikdən sonra bütün zəruri olan təbliğat-təşviqat işlərini həyata keçirəcəkdir. Təbliğat kampaniyasının təşkilinin yüksək səviyyədə həyata keçirilməsi üçün YAP Yevlax rayon təşkilatında 80 nəfər fəal gənclərdən ibarət operativ mobil qrup və 20 nəfər rayonun tanınmış ziyalıları və nüfuzlu şəxslərindən ibarət təbliğat qrupu yaradılmışdır. Bununla yanaşı, YAP Yevlax rayon təşkilatı parlament seçkilərində 57 məntəqə iki dairə üzrə hər dairəyə və hər məntəqəyə 1 nəfər müşahidəçi 1 nəfər məşvərətçi olmaqla 118 nəfər partiya fəalını seçki proseslərini izləmək üçün səfərbər edəcəkdir. Hazırda YAP Yevlax rayon təşkilatının 8296 nəfər partiya üzvü vardır ki onlardan 4120 nəfərini qadınlar, 2200 nəfərini gənclər təşkil edir.
Tədbirdə çıxış edən qərargah üzvləri bildirdilər ki, YAP təşkil etdiyi uğurlu seçki kampaniyası nəticəsində bütün seçkilərdə qələbə qazanıb və bu seçkilərində qalibi yenə də YAP olacaq.
ÜLVİ