PDF Oxu

Siyasət

  • 5

YAP Biləsuvar rayon təşkilatının Seçki Qərargahı seçki prosesinə hazırdır

YAP Biləsuvar rayon təşkilatının Seçki Qərargahı seçki prosesinə hazırdır

Noyabrda ölkəmizdə keçiriləcək növbəti parlament seçkiləri yaxınlaşdıqca seçkiyə hazırlıqla bağlı yerlərdə görülən işlər də intensivləşir. Müstəqil Azərbaycan tarixində keçirilən bütün seçkilərdə qələbə əldə edən Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatlarında yaradılan seçki qərargahları öz növbəsində yüksək fəallıqla seçkiyə hazırlaşırlar.

YAP Biləsuvar rayon təşkilatının və rayon şöbəsinin Seçki Qərargahının sədri Kamil Mirzəyev qərargah üzvləri ilə görüşdə bildirib ki, noyabr ayında Azərbaycan Milli Məclisinə keçiriləcək seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının şəhər və rayon təşkilatları partiyanın İcra Katibliyi tərəfindən tərtib olunmuş tədbirlər planına və partiya rəhbərliyinin tövsiyyələrinə uyğun olaraq öz işlərini uğurla davam etdirirlər: "YAP bu gün iqtidar partiyası olaraq əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də işimizi daha fəal və güclü qurmaqla yanaşı, həm də hər birimizin üzərinə böyük bir məsuliyyətli vəzifə düşür. Seçki qərargahının tərkibinə rayonda kifayyət qədər nüfuzu olan, rayon ziyalılları və ötən illərdə seçkilərdə təcrübə toplamış insanlar, həmçinin partiya fəalları daxildir. Artıq seçki qərargahı üzvləri arasında iş bölgüsü aparılıb və sonrakı mərhələlərdə fəaliyyətimizlə bağlı geniş tədbirlər planı hazırlanıb. Seçici siyahılarının dəqiqləşdirilməsi işi də davam etdirilir".

K.Mirzəyev rayon ərazisində 2 seçki dairəsinin - 66 saylı Biləsuvar Dairə-Seçki Komissiyasının əhatə etdiyi 44 seçki məntəqəsi üzrə 47323 nəfər, 69 saylı Cəlilabad-Masallı-Biləsuvar Dairə-Seçki Komissiyasının əhatə etdiyi 8 seçki məntəqəsi üzrə 9242 nəfər seçici müəyyən edildiyini bildirib: "Seçki qərargahı tərəfindən dairə və məntəqə seçki komissiyalarında fəaliyyət göstərəcək məşvərətçi səs hüquqlu üzvlərin və müşahidəçilərin forma üzrə siyahıları hazırlanmış və lazım olan sənədlər toplanmışdır. Rayon üzrə bütün seçki məntəqələrinin ərazisində mövcud olan qaz, su, elektrik enerji və digər problemlərin mövcudluğu dəqiqləşdirilibdir. Parlament seçkilərində imza toplayacaq şəxslərin siyahısı hazırlanaraq Yeni Azərbaycan Partiyasının Mərkəzi Seçki Qərargahına təqdim olunubdur".

Rayon təşkilatının sədri onu da vurğulayıb ki, YAP Mərkəzi Seçki Qərargahının rayon şöbəsi tərəfindən fəaliyyət proqramının ilkin mərhələsində nəzərdə tutulmuş hazırlıq işləri, əsasən başa çatdırılıbdır.

A.SƏMƏDOVA

Digər xəbərlər