Sədaqət Vəliyeva: "Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humanitar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur"
Yeni Azərbaycan Partiyası (YAP) Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi parlament seçkiləri ilə əlaqədar hazırlıq işlərini yüksək səviyyədə davam etdirməkdədir. SİA-nın məlumatına görə, hazırlıq işləri ilə əlaqədar olaraq texniki-hüquqi işlərin yerinə yetirilməsilə yanaşı, seçkilərdə aparıcı qüvvə olacaq gənc təbliğatçılarla görüşlər keçirilib.Görüşdə çıxış edən YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva hazırda YAP Nizami rayon təşkilatının 11254 nəfər üzvü olduğunu və onlardan 5511 nəfərini gənclərin təşkil etdiyini qeyd edərək bildirib ki, bütün siyasi kampaniyalarda olduğu kimi bu dəfə də gənclərimiz yüksək fəallıq nümayiş etdirəcək və rayonumuzda seçkilərin şəffaf, demokratik və yüksək seçici aktivliyi şəraitində baş tutmasına öz töfhəsini verəcəklər: "Gənclər hər bir ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni-humantiar həyatında mühüm rola malik potensial qüvvə kimi mühüm yer tutur. Güclü aktiv və avanqard qüvvə kimi gənclər ölkə həyatının bütün sahələrində öncül yer tutmaqla yüksək indikatorlara çatmağa zəmin yaradan zəngin bazadır. Gənclər Azərbaycanın gələcəyidir, inkişafın və modernləşmənin operativ ön cəbhəsidir. Gənclər yeni potensialdır, gücdür, yeniləşmə, müasirləşmə, inkişaf, proqressiya və modernləşmə strategiyasının təməl sütünları deməkdir. Ulu Öndər Heydər Əliyev həmişə gənclərə güvənərək onlara böyük etimad göstərib. Azərbaycanda gənclər siyasəti həmişə dövlət siyasətinin əsas tərkib hissəsi kimi xüsusi yer tutub. Azərbaycan gəncliyi dövlətin diqqət və qayğısını hər zaman öz üzərində hiss edib".Sədaqət Vəliyeva qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin gənclər siyasəti əsrlər boyu xalqımızın malik olduğu milli-mənəvi dəyərlər əsasında, müstəqillik, dövlətçilik, azadlıq və onların qorunması uğrunda mübariz ruhlu gənc nəslin yetişdirilməsindən ibarət olub: "Əlbəttə, milli dövlətçiliyin möhkəmləndirilməsi və inkişaf etdirilməsi, demokratik cəmiyyət quruculuğu, siyasi, hüquqi və iqtisadi islahatların həyata keçirilməsi ilə bağlı Ulu Öndərin ideyaları və irəli sürdüyü prinsiplər Azərbaycanın hazırki və gələcək inkişaf strategiyasının əsasını təşkil edir".YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsin sədri Sədaqət Vəliyeva əlavə edib ki, Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi gənclər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir: "Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Bu gün Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, gənc nəsil bu prosesdən kənarda qalmayıb və yüksək intellektli, vətənpərvər gəncliyin yetişməsi üçün çox əhəmiyyətli layihələr həyata keçirilir".Sonra mobil qrup üzvlərinə seçki müddətində işləyəcəkləri konkret ərazilərin xüsusiyyətləri, seçici kontingenti və yerli əhəmiyyətli fəaliyyət istiqamətlərini izah edən YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin sədr müavini Ramil Vəlibəyov mobil qrup üzvlərində DSK-ların hüdudları, fəaliyyət obyekti olacaq binalar, küçələr və yaşayış məntəqələri haqqında əyani təsəvvürün formalaşması üçün onları xüsusi xəritə vasitəsilə məlumatlandırıb.Qeyd edilib ki, YAP Sədri, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə, eyni zamanda, rayonumuzda görülən işlər, həyata keçirilən abadlıq-quruculuq işləri əsas təbliğat resurslarımız kimi çıxış edir. Bununla yanaşı, mobil qrup üzvləri seçicilərlə daim ünsiyyətdə olmalı, onları seçki prosesilə əlaqədar bütün məsələlərlə bağlı qanun çərçivəsində məlumatlandırmalıdır.Məlumat verilib ki, YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi Mərkəzi Seçki Qərargahının tövsiyələrinə uyğun olaraq, ilk partiya təşkilatların fəaliyyət dairəsini məntəqələrin əhatə etdiyi ərazi ilə uyğunlaşdırıb. Həmçinin, seçicilərlə işin yüksək səviyyədə təşkil edilməsi üçün əlavə hər birində 10-15 nəfər olmaqla ümumilikdə 100-dən çox partiya fəalını əhatə edən 8 mobil qrup yaradılıb. Həmçinin, hər məntəqə üzrə seçki işində səriştəsi olan 2-4 nəfər gənc fəal müəyyənləşdirilib.Daha sonra seçkilərlə əlaqədar işlərin sistemli və dəqiq aparılması üçün fikir mübadiləsi aparılıb, gənclərin təklifləri dinlənilib və müvafiq qərarlar verilib.Fikirlərini saytımıza bildirən YAP Nizami rayon təşkilatında yaradılmış seçki qərargahının üzvlərindən Tofiq Rüstəmli, Heydər Rəhimov, mobil qrupların gənc üzvlərindən Həbib Nəsirov, Arif Məmmədov, Rəşad Məmmədov, eyni zamanda, partiya fəalı Anar Hüseynov və başqaları deyiblər ki, müstəqil dövlətimizin yaratdığı imkanların nəticəsi olaraq, Azərbaycan gəncliyi öz sözünü deməyə və müstəqil layihələri ilə dünya arenasında təmsil olunmağa qadirdir. Çünki, Azərbaycan dəyərlərinin, ictimai-siyasi hadisələrin dünya ictimaiyyətinə çatdırılmasında gəncliyin öz yeri və xidməti var. Xalqlar arasında dostluğun, etimadın və qarşılıqlı anlaşmanın möhkəmlənməsinə önəm verən gənclik xalqımıza məxsus olan ali dəyərləri qoruyub saxlayır, onun təbliğinə bütün gücünü və iradəsini sərf edir. Diqqətə çatdırılıb ki, gənclər qarşıdan gələn parlament seçkilərində də YAP tərəfindən irəli sürüləcək namizədlərin qələbəsi üçün əzmlə çalışacaqlar.Qeyd edək ki, YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsində keçirilən mobil qrupların üzvlərilə toplantılar avqust ayının 27-dək davam edəcək.
sia.az