PDF Oxu

Siyasət

  • 13

YAP Şirvan şəhər təşkilatı seçkilərə ciddi hazırlaşır

YAP Şirvan şəhər təşkilatı seçkilərə ciddi hazırlaşır

Yeni Azərbaycan Partiyası (YAP) Şirvan şəhər təşkilatı Seçki Qərargahının növbəti toplantısı keçirilib. SİA-nın verdiyi məlumata görə, toplantıda şəhər təşkilatının İdarə Heyətinin üzvləri, Seçki Qərargahının üzvləri və namizədlər üçün imza toplayacaq şəxslər də iştirak edib.

Tədbiri giriş sözü ilə YAP Şirvan şəhər təşkilatının sədri Ə.A.İbrahimov açıb. O, növbəti parlament seçkilərinin də ölkəmizin ictimai-siyasi həyatında mühüm bir hadisə olacağını qeyd edib. Eyni zamanda, təşkilat sədri qarşıdan gələn parlament seçkilərində partiya tərəfindən irəli sürüləcək namizədlərin istər imzatoplama proseslərində, istərsə də təbliğat-təşviqat kampaniyalarının uğurla həyata keçirilməsində Seçki Qərargahı üzvlərinin fəal şəkildə iştirak edəcəklərinə və üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirəcəklərinə əmin olduğunu bildirib.

Daha sonra YAP Şirvan şəhər təşkilatı Qadınlar Şurasının sədri M.Səmədova çıxış edib. O, bildirib ki, bütün seçkilərdə inamlı qələbə qazanan Yeni Azərbaycan Partiyası bu ilin noyabrında keçiriləcək Milli Məclisə seçkilərə də yüksək səviyyədə hazırlaşır. M.Səmədova YAP şəhər təşkilatı Qadınlar Şurası adından çıxış edərək, bu seçkilərdə də aktiv fəaliyyət göstərməklə partiyamızın namizədlərinin inamlı qələbə qazanmaları üçün əlimizdən gələni əsirgəməyəcəyik deyə vurğulayıb.

YAP Şirvan şəhər təşkilatı İdarə Heyətinin üzvü Ə.Əliyeva çıxış edərək bildirib ki, Azərbaycanın və regionun ən güclü siyasi partiyası olan Yeni Azərbaycan Partiyası yarandığı gündən iştirak etdiyi bütün seçkilərdə qələbə qazanıb: "Qarşıdan gələn parlament seçkilərində də YAP Şirvan şəhər təşkilatı Seçki Qərargahının bütün üzvləri işlərini layiqincə yerinə yetirməyə çalışacaqdır".

Sonda təşkilat sədri Ə.A.İbrahimov qarşıdakı dövrdə görüləcək işlərlə bağlı tədbir iştirakçılarına nümunə vərəqləri və təlimatlar verib .

sia.az

Digər xəbərlər