PDF Oxu

Siyasət

  • 6

Ermənistan - yeni xaos ərəfəsində

Ermənistan - yeni xaos ərəfəsində
Cəbhə xəttində baş verən insidentlər Ermənistanda etirazların pik nöqtəsinə çatmasına səbəb olub

Son günlər cəbhə boyu Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinə layiqli zərbələr endirilməsi və bunun nəticəsində düşmənin böyük itkilər verməsi qarşı tərəfdə böyük qorxu hissi yaradıb. Bu isə Ermənistanda etirazların daha da pik nöqtəsinə çatmasına səbəb olub. Erməni mətbuatının yazdığına görə iyun ayının 19-dan "Ayağa qalx, Ermənistan" hərəkatına qoşulan cəbhədə ölən əsgər anaları "Müharibəyə yox!", "Ya ölmək, ya da Sarkisyanı istefaya göndərmək" şüarları altında qoşularaq davamlı mitinq keçirəcəklərini bildiriblər. "Miras" partiyasının mətbuat katibi David Sanasaryan bildirib ki, biz mübarizəmizi davam edirik: "İstəklərimiz Sarkisyanın istefasıdır. Biz müvəffəqiyyət əldə edəcəyik. Çünki Serj Sarksyanın həyata keçirtdiyi siyasət tam iflas həddində çatdı. Artıq Ermənistanda onun siyasi kursuna inanan qüvvələr demək olar ki, yoxdur və dünənə qədər müttəfiqi hesab edilən eks-prezident Robert Koçaryanda ondan imtina edib. Ermənistan uçurumun kənarındadır və sonunun başlanğıncındadır".

Erməni etirafları

Bəşəriyyət o zaman xoşbəxtliyə, əmin-amanlığa, sülhə, dinc yaşayışa, əsl səadətə qovuşar ki, terrorun kökünü yerli-dibli kəsə bilsin. Bunun üçün çox uzaq ölkələrdə axtarış aparmaq lazım deyildir. Terroru da, soyqırımı da, dəhşətli fəlakətləri də törədənlərdən biri, onun ilham verəni məhz Ermənistan dövlətidir, erməni siyasətidir. "Böyük Ermənistan" xülyası ilə yaşayan ermənilərin törətdikləri vəhşilikləri saymaqla bitəsi deyil. Hərdən təəccüblənirsən ki, erməni tarixçilərinin və yazıçılarının bəziləri öz vəhşiliklərini, nədənsə, etiraf etməkdən çəkinməyiblər. M.Nalbandyana məxsus fikirdir: "Mən ermənilərin sakini olduğu bir neçə yeri gəzmişəm. Daim xalis ermənicə olan bir şeyi duymağa çalışmışam. Təəssüf ki, bu arzum indiyə qədər yerinə yetməmişdir". Elə yerinə yetmədiyi üçün də var olduqları gündən işğalla, qəddarlıqla, oğurluqla məşğuldurlar. Böyük rus şairi A.S.Puşkinin uzaqgörənliklə söylədiyi "sən kölə, sən oğru, sən ermənisən" fikri bu gün də özünü təsdiqləyir. Ermənilər onların varlıqlarına çevrilmiş bu "müdrik fikri" həmişə doğruldurlar - alçaq hərəkətlərlə, oğurluqla, qəddarlıqla, yaltaqlıqla, cilddən-cildə düşməklə, bir sözlə, onların portretini naxışlayan bir çox fikirləri təsdiqləməkdə davam edirlər. Elə Serj Sarkisyanın gənclərlə görüşü zamanı dediyi fikirlər də yuxarıda söylənilən fikri bir daha təsdiqləyir. Serj Sarkisyan belə bir ifadə işlədib ki, biz üzərimizə düşən missiyanı yerinə yetirdik. O, buna əsaslanırdı ki, Ermənistan türksüzləşdi, Azərbaycanın 20 faiz torpağını qamarladılar, Dağlıq Qarabağı tamamilə ələ keçirdilər və s. Görün, bu faşist xislətli ölkə başçısı öz yeniyetmələrini nəyə təhrik edirdi? "Yerdə qalanlarını da siz həll etməlisiniz. Bu da sizin borcunuzdur". İnsanlığa sığmayan vəhşiliyin bu cür etirafını ancaq Serj Sarkisyan bacarardı. Çünki onun damarlarında insan adlı varlığın yox, hələ də adı dəqiq bilinməyən bir qaniçənin qanı axır. Qoy Tanrı faşistin ən dəhşətlisi serj sarkisyanların cəzasını versin. Bir də Sarkisyan anlamalıdır ki, insanlıq əleyhinə cinayət cəzasız qalmayacaq.

Levon Zurabyan: "Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil"

"SƏS" qəzetinin "Novosti Armenii" saytına istinadən müxalif "Erməni Milli Konqresi"nin parlament fraksiyasının rəhbəri Levon Zurabyan deyib ki, ötən il ərzində respublikada xarici investisiyaların həcmi 32 faiz, birbaşa investisiyalar isə 64 faiz azalıb: "Ermənistan hakimiyyəti elementar sabitliyi təmin etmək iqtidarında deyil. Vətəndaşlara yalnız ölkəni birdəfəlik tərk etmək, xaricdə iş axtarmaq, yaxud fəal etiraz yolu ilə öz haqlarını bərpa etmək və xalqı viran etmiş hökumətin hakimiyyətdən getməsinə nail olmaq qalır".

Ölkənin ağır iqtisadi durumda olduğunu yazan erməni jurnalist Tatul Akopyan bildirir ki, zülm içindəyik, məmurların hamısı rüşvət alır: "Hərbi komissar hərbi bilet satır. Yol polisləri, polislər canımızı boğazımıza yığıb. Kimdir müharibəyə gedən? Məni çağırsalar getsəm, məndən alçağı yoxdur. Adamları soymaq lazım olanda başımıza tökülürlər, amma elə ki, atışma oldu, polis yoxa çıxır. Nə taxılımızı yığırıq, nə adam kimi yaşaya bilirik. Belə həyatın içini... Bura bax. Buğdaya bax. Quruyub tökülür. Kombayn tapılmır. Hamısı məhv olur gedir. Nə iş görək? De görüm?"

Erməni politoloqu Vahan Ovanyan da bildirib ki, Ermənistan hökuməti cəbhədəki vəziyyəti gərginləşdirməklə əhalinin diqqətini ölkədəki problemlərdən yayındırmaq istəyir: "Belə gedərsə, yaxın günlərdə Ermənistanda hakimiyyət dəyişikliyi olacaq. Buna səbəb isə ölkədə xalqın indiki hakimiyyətə olan nifrətidir. Bu gün Yerevanda baş verən hadisələr, xüsusilə də son günlər cəbhədə həlak olan əsgər anaları Serj Sarkisyana qarşı ayağa qalxaraq onun istefasını tələb edirlər. Ermənistanda yalnız hakimiyyətin dəyişdirilməsi ilə siyasi-iqtisadi və müvafiq olaraq demoqrafik vəziyyəti düzəltmək mümkün olmayacaq. Sarkisyanın yarıtmaz siyasəti Ermənistanın regionda reallaşdırılan miqyaslı layihələrdən kənarda qalmasının səbəbidir. Nəticədə, Ermənistanda əhalinin yaşamaq üçün süründüyü vaxtda onun qonşularında həyat səviyyəsi Avropanın ən inkişaf etmiş dövlətlərindəkindən heç də pis deyil. Amma bu acınacaqlı vəziyyətdən çıxış yolu var. Bunun üçün əsas görülməli iş Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllidir. Bunu Yerevan da anlayır. Hələ 1997-ci il sentyabrın 26-da Ermənistan prezidenti kimi, L.Ter-Petrosyan keçirdiyi geniş mətbuat konfransında çoxları üçün gözlənilməz bəyanat səsləndirmişdi: "Bu gün bizim rədd etdiklərimizi gələcəkdə özümüz istəyəcəyik. Amma o zaman onu da ala bilməyəcəyik... Realist olmaq və anlamaq lazımdır ki, beynəlxalq ictimaiyyət Dağlıq Qarabağdakı vəziyyətlə uzun müddət barışmayacaq. Çünki bu vəziyyət regional əməkdaşlığa, təhlükəsizliyə, Qərbin neft maraqlarına ziddir".

L.Ter-Petrosyan: "Nə qədər ki, Qarabağ problemi çözülməyib, Ermənistan normal dövlət olmayacaq, biz yaxşı yaşaya bilməyəcəyik"

L.Ter-Petrosyan isə vurğulayıb ki, vaxtilə hələ o zaman erməni mətbuatında açıq şəkildə bildirirdim ki, Ermənistan seçim qarşısındadır: ya Qarabağ probleminin həllində kompromis, ya da uzun illər ərzində iqtisadi durğunluq, aşağı yaşayış səviyyəsi: "Ermənistan normal dövlət olmayacaq. Qarabağ problemi çözülmədən, blokada aradan qalxmadan biz yaxşı yaşaya bilməyəcəyik. Ya bu, ya o. Ya bütün dünyaya deməliyik: kənara çəkilin, problemimizi özümüz həll edəcəyik, öz gücümüzə əminik və heç bir güzəştə getməyəcəyik. Amma bu halda heç kəsin yaşayış səviyyəsinin yaxşılaşdırılmasını tələb etməyə haqqı çatmayacaq. Əksinə, yaşayış səviyyəsinin daha da aşağı düşəcəyi fikri ilə barışmaq lazım gələcək. Ya da yaxşı yaşamaq, iqtisadiyyatımızı inkişaf etdirmək istəyiriksə, özümüzdə cəsarət tapmalı, ciddi qarşılıqlı güzəştlərə getməliyik".

L.Ter-Petrosyan onu da söyləyib ki, artıq Sarkisyan dalana dirənib, ölkədə əhali qalmayıb, iqtisadi durumu xalq görür ki, Ermənistan dilənçi vəziyyətindədir: "Çünki Sarkisyanı siyasətçi deyil, siyasətçi olsaydı, hakimiyyətdə olduğu illərdə bir addım irəliləyiş olardı. Ermənistan bu illər ərzində nəinki bir addım, heç bir qarış belə qabağa getməyib. Belə olan haldı Sarkisyan kimi siyasi savadsız, saxtakar, xalqın qanını soran bir cinayətkarın hakimiyyətdə qalması bu xalqın yer üzündən silinməsi deməkdir".

Beləliklə, 7-8 il ərzində hakimiyyətdə olan Sarkisyanın siyasi səriştəsizliyi nəticəsində ölkənin istər regional, istərsə də beynəlxalq miqyasda təcrid mühitinə düşməsi Ermənistanda vəziyyəti böhran həddinə çatdırdı. Ermənistan politoloqlarının dediyi kimi, bu, sonun başlanğıcıdır.

Göründüyü kimi, bütün bunlar Yerevanı qeyri-müəyyən hala salır. O, düşdüyü vəziyyətdən çıxış yolu tapa bilməməsi Ermənistan rəhbərliyi buna nail olsun. Çünki o, mövcud reallığı lazımi səviyyədə qiymətləndirə bilmir. Gec-tez Yerevan seçdiyi qeyri-konstruktiv geosiyasi kursun əvəzini ödəyəcək. Ermənistan rəhbərliyinin təlaşı da göstərir ki, həmin gün yaxınlaşır.

A.SƏMƏDOVA