PDF Oxu

Siyasət

  • 10

Sədaqət Vəliyeva: “Qadınlar seçkilərdə aktivlik nümayiş etdirəcəklər”

Sədaqət Vəliyeva: “Qadınlar seçkilərdə aktivlik nümayiş etdirəcəklər”

Qarşıdan gələn parlament seçkiləri ilə əlaqədar Yeni Azərbaycan Partiyası Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsi hazırlıq işlərini partiyanın fəaliyyət proqramına və İcra Katibliyinin tövsiyələrinə uyğun olaraq sistemli şəkildə davam etdirir. SİA-nın xəbərinə görə, YAP Nizami rayon təşkilatı növbəti toplantısını qadınlar şurası ilə keçirib.Çıxış edən YAP Nizami rayon təşkilatının sədri, millət vəkili Sədaqət Vəliyeva seçkilərə hazırlıqla əlaqədar YAP Mərkəzi Seçki Qərargahının Nizami rayon şöbəsinin gördüyü işlər barədə geniş məlumat verib.Sonra dövlətin ailə və qadın siyasətindən danışan millət vəkili bildirib ki, Azərbaycan qadınının həyatımızın bütün sahələrində əldə etdiyi uğurlar, nümayiş etdirdiyi yüksək göstəricilər ölkəmizdə əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulmuş qadın siyasətinin inkişafının sistemli şəkildə həyata keçirilməsinin məntiqi nəticəsidir: "Bu gün də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan cəmiyyətində qadınların rolunun yüksəldilməsi üçün hərtərəfli şərait yaradılır, ardıcıl tədbirlər həyata keçirilir".Sədaqət Vəliyeva diqqətə çatdırıb ki, son illərdə Azərbaycanın ictimai-siyasi, elmi-iqtisadi həyatında çox mühüm dəyişikliklər, mühüm yüksəliş baş verməkdədir, xüsusən qadın hərəkatı öz fəaliyyətini daha da gücləndirir: "Bu gün Azərbaycan xanımları cəmiyyət həyatının hər bir sahəsinə surətlə inteqrasiya olunmaqdan əlavə, öz fəaliyyətlərində, işlərində, həyata keçirilən yeni layihələrdə böyük inkişaf nümayiş etdirirlər. Şərq dünyasında ilk dəfə, 1918-ci ildə seçib-seçilmək hüququ qazanan Azərbaycan qadını son 100 ildə bir neçə əsrə bərabər inkişaf yolu keçib. Azərbaycan qadınları yüksək işgüzarlıq, peşəkarlıq nümayiş etdirərək, xalqımızın maariflənməsi, mədəniyyətimizin yüksəlişi və güclü iqtisadi potensialımızın yaradılması işinə öz layiqli töhfəsini veriblər. Azərbaycan qadını bu gün gələcək nəsillərin milli-mədəni irsə, adət-ənənələrimizə hörmət ruhunda tərbiyə olunmasında var qüvvələrini sərf edir, doğma Azərbaycanımızın daha da çiçəklənməsi naminə xidmət edirlər. Azərbaycan cəmiyyətində həmişə aparıcı mövqe tutmuş qadınlarımız bu gün daha böyük fəaliyyət sahəsinə malikdirlər".Qadınların ölkənin ictimai-siyasi proseslərdə də rolunun böyük olduğunu vurğulayan Sədaqət Vəliyeva əlavə edib ki, seçki kampaniyaları zamanı qadınların xüsusi fəallıq nümayiş etdirməsi günümüzün reallığıdır: "Bu gün YAP Nizami rayon təşkilatının 11544 üzvündən 5403 nəfərini qadınlar təşkil edir. Bu baxımdan əminəm ki, bütün seçkilərdə olduğu kimi parlament seçkilərində də yüksək aktivlik nümayiş etdirəcək qadınlar bu siyasi kampaniyada da YAP-ın namizədlərinin qalib olmasına öz töhfələrini verəcəklər".Daha sonra çıxış edən YAP Nizami rayon təşkilatı Qadınlar Şurasının sədri Sevda Abdullayeva, üzvlərdən Fəridə Bağırova, Aidə Bayramova, Leyla Qarayeva, Rəna Axundova qeyd ediblər ki, qadınlar seçki prosesində üzərilərinə düşən məsuliyyəti dərk edir və bu baxımdan da qarşıdan gələn parlament seçkilərinin yüksək aktivlik şəraitində baş tutmasına çalışacaq, Yeni Azərbaycan Partiyasının irəli sürəcək namizədlərin qalib olması üçün bütün imkanlarını səfərbər edəcək.

sia.az

Digər xəbərlər